Öyləqulu

ÖyləquluAzərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Öyləqulu kəndi Axtaçı kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Mehdili kəndi mərkəz olmaqla, Mehdili kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]

Öyləqulu
40°06′45″ şm. e. 48°20′04″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Öyləqulu xəritədə
Öyləqulu
Öyləqulu

Toponimikası

Oykonim Övliya Qulu adının təhrif olunmuş forması hesab edilir. Keçmişdə kəndin ərazisində müqəddəs hesab edilən Qulu piri olmuşdur. Kənd pirin adı ilə adlandırılmışdır.[2]

Coğrafiyası və iqlimi

Kənd Şirvan düzündə yerləşir.

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 796 nəfər əhali yaşayır.[3]

İqtisadiyyatı

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

İstinadlar

Xarici keçidlər

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.