Övliya
Ümumi məlumat
Övliya bir Təsəvvüf termini olub Allahın dostu anlamında işlənir.
Allahın övliyaların sifəti (xüsusiyyətləri) Allahın aşağıdakı ayədə göstərdiyi kimidir: "Bilin ki, Allahın dostlarının heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər. O kəslər ki, iman gətirmiş və pis əməllərdən çəkinmişlər"[1] Allahın övliyaları Allaha iman gətirib bu sifətləri ilə Allahdan qorxmalı idilər. Kim ki, iman və təqva sifəti ilə xüsusiləşdirilsə o Allahın övliyasıdır (yəni dostudur) və bu hər bir müsəlmananın imanına, Allahdan olan təqvasına görə insanda insana fərqlənir.
Müsəlmanlar Allahın övliyalarıdır. Onlar – Əlhəmdulilləh – nə qədər ki, müsəlmanlar yer üzündə olubsa, onlar da hər zamanda olublar və olacaqlar. Allahın dostu olmaq müsəlmanların sifətidir. Ancaq bu o demək deyil ki, biz onlara, xurafatçıların etiqad etdiyi kimi etiqad etməliyik. Onlar etiqad edirlər ki, Allahın övliyalarının Allahla bərabər iş idarə etmə səlahiyyətləri var və ya onlar elə fikirləşirlər ki, həmin insanlar onların dualarına, istəklərinə cavab verirlər, onların ehtiyaclarını aradan götürürlər, o övliyalardan başlarına gələn bir maneənin qarşısını almasını istəyirlər. Bu böyük şirkdir. Allahın həqiqi övliyaları buna razı olmazlar. Buna heç bir mömin razı olmaz. Bu ən böyük şirkdir.
İstinadlar
- Yunis surəsi, 62–63