Ötən ilin son gecəsi (film, 1983)
Ötən ilin son gecəsi filmi rejissor Gülbəniz Əzimzadə tərəfindən 1983-ci ildə ekranlaşdırılmışdır. Film anaya, evin ocağını sönməyə qoymayan, əmin-amanlıq və sakitliyi qoruyan qadına həsr olunmuşdur. Bu, qadın filmidir. Psixoloji film yazıçı Anarın eyniadlı pyesi əsasında ekranlaşdırılmışdır. Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Filmdə hadisələr yeni il ərəfəsində baş versə də bir çox səhnələr, məsələn, filmin başlanğıcındakı ilk səhnə avqust ayında çəkilmişdir. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Əsas rolları Elmira Şabanova, Kamil Zöhrabov, Maya İsgəndərova, Ayan Mirqasımova, Elman Allahverdiyev ifa edirlər.[1]
Ötən ilin son gecəsi | |
---|---|
Janr | dram |
Rejissor | Gülbəniz Əzimzadə |
Əsərin müəllifi | Anar Rzayev |
Ssenari müəllifi | Anar Rzayev |
Baş rollarda |
Elmira Şabanova Kamil Zöhrabov Maya İsgəndərova Ayan Mirqasımova Elman Allahverdiyev |
Operator | Valeri Kərimov |
Bəstəkar | Aqşin Əlizadə |
Rəssam | Mayis Ağabəyov |
İstehsalçı | "Azərbaycanfilm" kinostudiyası |
İlk baxış tarixi | 31 iyul 1983 |
Filmin digər adı | Keçən ilin son gecəsi |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 73 dəq. |
Ölkələr | Azərbaycan SSR |
Dil | Rus dili |
İl | 1983 |
Texniki məlumatlar |
8 hissə 2058 metr 35 mm Şostka kimya kombinatı |
Rəng | rəngli |
Çəkiliş yeri | Bakı |
Məzmun
Film anaya, evin ocağını sönməyə qoymayan, əmin-amanlıq və sakitliyi qoruyan qadına həsr olunmuşdur. Bu, qadın filmidir. Burada ideyalar, ab-hava, hisslər atılan addımların məntiqi davamı ilə bağlıdır. Obrazlar qalereyası: ana, övladları: Gülarə (Maya İsgəndərova), Dilarə (Ayan Mirqasımova), Rüstəm (Kamil Zöhrabov), Tofiq (Elman Allahverdiyev) onların hamısı spesifik qadın problemləri ilə bağlıdırlar. Uşaqlar böyüyür, hərə bir tərəfə çıxıb gedir, analar isə tək qalırlar. Bəlkə buna görə uşaqlarını artıq neçə illərdir ki, atasız böyüdən Həmidə xanım (Elmira Şabanova) yeni il gecəsi öz taleyi haqqında belə səmimi söhbət açır...[2]
Filmin üzərində işləyənlər
Rejissor: Gülbəniz Əzimzadə
Əsərin müəllifi: Anar Rzayev
Ssenari müəllifi: Anar Rzayev
Operator: Valeri Kərimov
Rəssam: Mayis Ağabəyov
Bəstəkar: Aqşin Əlizadə
Rollarda
Elmira Şabanova — Həmidə
Kamil Zöhrabov — Rüstəm
Maya İsgəndərova — Gülarə
Ayan Mirqasımova — Dilarə
Elman Allahverdiyev — Tofiq
Şahmar Ələkbərov — Qəzənfər
Rafiq Əliyev — Süleyman
Sofa Bəsirzadə — Səkinə
Dadaş Kazımov — Poçtalyon
Leyla Rəsulova — Kəmalə
Rəşad Əsgərov — Çingiz
Murad Babayev — Şamil
Zaur Cəbiyev — Vaqif
Film Azərbaycan Televiziyasında dublyaj olunmuşdur
Filmi səsləndirənlər:
Həmidə Ömərova - Həmidə (Elmira Şabanova ) (titrlərdə yoxdur)
Eldəniz Rəsulov - Rüstəm (Kamil Zöhrabov ) (titrlərdə yoxdur)
Almaz Amanova - Gülarə (Maya İsgəndərova ) (titrlərdə yoxdur)
Şəfəq Əliyeva - Dilarə (Ayan Mirqasımova ) (titrlərdə yoxdur)
Ruslan Nəsirov - Tofiq (Elman Allahverdiyev ) (titrlərdə yoxdur)
Kazım Abdullayev - Qəzənfər (Şahmar Ələkbərov ) (titrlərdə yoxdur)
Rəşid Səməndər - Süleyman (Rafiq Əliyev (aktyor) ) (titrlərdə yoxdur)
Nuriyyə Əhmədova - Səkinə (Sofya Bəsirzadə ) (titrlərdə yoxdur)
Pərviz Bağırov (aktyor) - Poçtalyon (Dadaş Kazımov ) (titrlərdə yoxdur)
Səidə Quliyeva - Kəmalə (Leyla Rəsulova ) (titrlərdə yoxdur)
Almaz Mustafayeva - Leyla;Vaqif (Zaur Cəbiyev)(titrlərdə yoxdur)
Qədir İsmayılov - Çingiz (Rəşad Əsgərov ) (titrlərdə yoxdur)
Vüsal Murtuzəliyev - Şamil (Murad Babayev) (titrlərdə yoxdur)
Bəxtiyar Şərifzadə - Titrlər
İstinadlar
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 307-309; 311.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 816.
Həmçinin bax
Azərbaycan filmlərinin siyahısı
1983-cü ilin Azərbaycan filmləri
1980-ci illər Azərbaycan filmlərinin siyahısı