Ördəkburun
Ördəkburun (lat. Ornithorhynchus anatinus) — məməlilər sinfinin birdəliklilər dəstəsinin ördəkburunlar fəsiləsinə aid yeganə növ.
Ördəkburun | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır.
???: Ördəkburun |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
Bədəninin uzunluğu 30-45 sm, quyruğu 10-15 sm, kütləsi 0,5-2 kq-dır. Üst tərəfdən qonur, alt tərəfi bozumtul sıx xəzlə örtülüdür. Başı uzun yastı dimdiyə oxşayır, üzəri çılpaq yumşaq dəri ilə örtülüdür. Barmaqlarında caynaq və üzmə pərdəsi var. Dişləri yoxdur. Şərqi Avstraliyada və Tasmaniyada su sahillərində yayılmışdır. 10 m-dək dərinlikdə qazdığı yeraltı yuvada gizlənir. 1-2 yumurta qoyur. 9-10 gün kürt yatır. Onurğasızlarla qidalanır. Əvvəllər qiymətli xəzinə görə ovlanırdı. Hazırda ovlanması qadağan edilmişdir.
- Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.