Ömrün səhifələri (film, 1974)
Ömrün səhifələri (kinoalmanax) | |
---|---|
Janr |
dram (Ömrün səhifələri, Nəğmə dərsi) komediya (Rəqiblər, Baladadaşın ilk məhəbbəti) məhəbbət (Baladadaşın ilk məhəbbəti) uşaq (Nəğmə dərsi) |
Rejissorlar |
Həsən Seyidbəyli (Ömrün səhifələri) Teymur Bəkirzadə (Rəqiblər) Fikrət Əliyev (Baladadaşın ilk məhəbbəti) Gülbəniz Əzimzadə (Nəğmə dərsi) |
Ssenari müəllifləri |
Həsən Seyidbəyli (Ömrün səhifələri) Ramiz Fətəliyev (Rəqiblər) Teymur Bəkirzadə (Rəqiblər) Elçin (Baladadaşın ilk məhəbbəti) Rüstəm İbrahimbəyov (Nəğmə dərsi) |
Baş rollarda |
Ömrün səhifələri: Şəmsi Bədəlbəyli — telefon gözləyən adam Fazil Salayev — Fazil Eldəniz Zeynalov — Eldəniz Sona Aslanova — telefon gözləyən adamın arvadı Rəqiblər: Fazil Salayev — Fazil Eldəniz Zeynalov — Eldəniz Muxtar Maniyev — Muxtar Novruz Axundov — pivə içən Ələsgər Məmmədoğlu — Ələsgər Baladadaşın ilk məhəbbəti: Şamil Süleymanov — Baladadaş Ruhəngiz Musəvi — Sevinc Mirvari Novruzova — Sevincin anası Yusif Muxtarov — Sevincin nişanlısı Nəğmə dərsi: Əliabbas Qədirov — ata Fəxri Həsənov — Fəxrəddin-oğul Elxan Ağahüseynoğlu — satıcı |
Operatorlar |
Arif Nərimanbəyov (Ömrün səhifələri, Rəqiblər) Valeri Kərimov (Baladadaşın ilk məhəbbəti, Nəğmə dərsi) |
Bəstəkarlar |
Fikrət Əmirov (Ömrün səhifələri, Nəğmə dərsi) Aqşin Əlizadə (Rəqiblər) Emin Sabitoğlu (Baladadaşın ilk məhəbbəti) |
Rəssamlar |
Məmməd Hüseynov (Ömrün səhifələri) Firəngiz Qurbanova (Rəqiblər, Nəğmə dərsi) Elbəy Rzaquliyev (Baladadaşın ilk məhəbbəti) |
İstehsalçı | "Azərbaycanfilm" Kinostudiyası |
İlk baxış tarixi | 11 sentyabr 1974 |
Filmin növü |
Kinoalmanax: tammetrajlı bədii film Novellalar: qısametrajlı bədii film |
Müddət |
Kinoalmanax: 82 dəq. Rəqiblər: 32,5 dəq. Baladadaşın ilk məhəbbəti: 26 dəq. Nəğmə dərsi: 23,5 dəq. |
Ölkələr | SSRİ |
Dil | azərbaycanca |
İl | 1974 |
Texniki məlumatlar |
Kinoalmanax: 9 hissə 2321 metr Rəqiblər: 4 hissə Baladadaşın ilk məhəbbəti: 3 hissə Nəğmə dərsi: 3 hissə 35 mm (kinoalmanax) |
Rəng | ağ-qara |
IMDb | ID8370838 |
Məzmun
Ömrün səhifələri
İntermediyada novelladan novellaya keçid edilir. Hadisələr bir restoranda oğlundan telefon zəngi gözləyən bir adamın (Şəmsi Bədəlbəyli) ətrafında baş verir. Və bu restoranda Fazil (Fazil Salayev), Eldəniz (Eldəniz Zeynalov), Baladadaş (Şamil Süleymanov), Fəxrəddin (Fəxri Həsənov) və s. obrazlar da vardır. Birinci novellanı telefon gözləyən kişiyə Fazilin özü danışır. İkinci novella Baladadaşın özünün yadına düşür. Üçüncünü isə Fəxrəddin danışır.
Novellada küçəyə qoyulmuş iki pivə köşkünün satıcıları arasındakı çəkişmələrdən və rəqiblər arasında bu çəkişmələrin xeyirxah hisslər doğurmasından danışılır.
Burada ilk məhəbbətin təmiz və ülviliyindən söhbət açılır. Lakin, təəssüf ki, bu məhəbbət təktərəfli olur və Baladadaş (Şamil Süleymanov) filmdəki mahnının sözlərindəki kimi hərəkət edir: "Sənə olan eşqimi sənə də alçaltmaram".
Burada şəxsi həyatı müvəffəqiyyətsizliyə uğrayan gənc fəhlə oğlanın (Əliabbas Qədirov) I sinifdə oxuyan oğlu-Fəxrəddin (Fəxri Həsənov) ilə gizli görüşlərindən danışılır. Gənc ata oğlunu sevir, uşağın gələcək taleyi onu narahat edir. Bu qısa görüş zamanı o özünü oğluna istədir və uşağın da qəlbində ataya qarşı məhəbbət hissini oyatmağa çalışır.
Film valideynlərin öz uşaqları üçün məsuliyyət daşımaları haqqında həzin hekayətdir.
Film haqqında
Kinoalmanax
Kinoalmanax 3 novelladan ibarətdir : "Rəqiblər", "Baladadaşın ilk məhəbbəti" və "Nəğmə dərsi"
Baladadaşın ilk məhəbbəti
Film rejissor Fikrət Əliyevin rejissor kimi kinoda ilk işidir.
Film Elçinin eyniadlı hekayəsi əsasında yaradılmışdır.
Baladadaş rolu üçün sınaq çəkilişlərinə dəvət alanlardan biri də aktyor Telman Adıgözəlov olub.
Nəğmə dərsi
Film rejissor Gülbəniz Əzimzadənin diplom işidir.
Film quruluşçu operator Valeri Kərimovun kinoda ilk işidir.
Film yazıçı Rüstəm İbrahimbəyovun eyniadlı novellası əsasında çəkilmişdir.
Filmin heyəti
Film üzərində işləyənlər
Ömrün səhifələri
- Ssenari müəllifi: Həsən Seyidbəyli
- Quruluşçu rejissor: Həsən Seyidbəyli
- Quruluşçu operator: Arif Nərimanbəyov
- Quruluşçu rəssam: Məmməd Hüseynov
- Bəstəkar: Fikrət Əmirov
- Səs operatoru: Ələkbər Həsənzadə
- Filmin direktoru: Yusif Yusifzadə
- Bədii rəhbər: Həsən Seyidbəyli
Rəqiblər
- Ssenari müəllifi: Ramiz Fətəliyev, Teymur Bəkirzadə
- Quruluşçu rejissor: Teymur Bəkirzadə
- Quruluşçu operator: Arif Nərimanbəyov
- Quruluşçu rəssam: Firəngiz Qurbanova
- Bəstəkar: Aqşin Əlizadə
- Səs operatoru: Akif Nuriyev
- Redaktor: İntiqam Qasımzadə
- Filmin direktoru: Akif Musayev, Yusif Yusifzadə
Baladadaşın ilk məhəbbəti
- Ssenari müəllifi: Elçin
- Quruluşçu rejissor: Fikrət Əliyev
- Quruluşçu operator: Valeri Kərimov
- Quruluşçu rəssam: Elbəy Rzaquliyev
- Bəstəkar: Emin Sabitoğlu
- Səs operatoru: Kamal Seyidov
- Redaktor: Ədhəm Qulubəyov
- Filmin direktoru: Yusif Yusifzadə
- Mahnıların mətni: Fikrət Qoca
Nəğmə dərsi
- Ssenari müəllifi: Rüstəm İbrahimbəyov
- Quruluşçu rejissor: Gülbəniz Əzimzadə
- Quruluşçu operator: Valeri Kərimov
- Quruluşçu rəssam: Firəngiz Qurbanova
- Bəstəkar: Fikrət Əmirov
- Səs operatoru: Ələkbər Həsənzadə
- Redaktor: İntiqam Qasımzadə
- Filmin direktoru: Kamil Hacıyev
- Rejissor köməkçisi: Yusif Əlizadə
Rollarda
Ömrün səhifələri
- Şəmsi Bədəlbəyli — telefon gözləyən adam
- Fazil Salayev — Fazil
- Eldəniz Zeynalov — Eldəniz
- Sona Aslanova — telefon gözləyən adamın arvadı
- Şamil Süleymanov — Baladadaş
- Fəxri Həsənov — Fəxrəddin
- Muxtar Maniyev — Muxtar
- Hacıbaba Bağırov — papaqlı müştəri
- Nicat Bəkirzadə — Hüseyn
- Sədaqət Dadaşova
- Dinarə Yusifova — Baladadaşın nişanlısı
- G.Rəsulova
- P.Rzazadə
- İntiqam Qasımzadə
Rəqiblər
- Fazil Salayev — Fazil
- Eldəniz Zeynalov — Eldəniz
- Muxtar Maniyev — Muxtar
- Novruz Axundov — pivə içən
- Ələsgər Məmmədoğlu — Ələsgər
- Yusif Yulduz — məhəllə sakini
- Nadir Əsgərov — pivə içən
- Kamil Məhərrəmov — pivə içən
- Bahadur Əliyev — müştəri
Baladadaşın ilk məhəbbəti
- Şamil Süleymanov — Baladadaş
- Ruhəngiz Musəvi — Sevinc
- Mirvari Novruzova — Sevincin anası
- Yusif Muxtarov — Sevincin nişanlısı
Nəğmə dərsi
- Əliabbas Qədirov — ata
- Fəxri Həsənov — Fəxrəddin-oğul
- Elxan Ağahüseynoğlu — satıcı
Filmi səsləndirənlər
Ömrün səhifələri
- Səməndər Rzayev — telefon gözləyən adam (Şəmsi Bədəlbəyli) (titrlərdə yoxdur)
Rəqiblər
- Tələt Rəhmanov — pivə içən (Novruz Axundov) (titrlərdə yoxdur)
- Rasim Balayev — meyxana deyən (titrlərdə yoxdur)
Baladadaşın ilk məhəbbəti
- Ramiz Əzizbəyli — Baladadaş (Şamil Süleymanov) (titrlərdə yoxdur)
- Əliabbas Qədirov — Murad (Yusif Muxtarov) (titrlərdə yoxdur)
- Xuraman Hacıyeva — Sevinc (Ruhəngiz Musəvi) (titrlərdə yoxdur)
Mənbə
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 220; 310.