Ömər Qoçulu

Ömər Qoçulu (azərb. Ömər Məmməd oğlu Ömərov; 24 yanvar 1943, Qoçulu, Bolnisi bələdiyyəsi) — Memarlıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Respublikasının əməkdar memarı, Azərbaycan Memarlar İttifaqının Rəyasət heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan yazıçısı.

Ömər Qoçulu
azərb. Ömər Məmməd oğlu Ömərov
Şəxsi məlumatlar
Doğum tarixi 24 yanvar 1943(1943-01-24) (81 yaş)
Doğum yeri
İşləri və nailiyyətləri
İşlədiyi şəhərlər Bakı
Əsas tikililəri Qəzet nəşriyyatı kompleksi
Üzvlüyü
Mükafatları XTNS qızıl medalı Azərbaycan Respublikasının əməkdar memarı

Həyatı

Ömər Qoçulu 1943-cü ildə Bolnisi rayonunun Qoçulu kəndində ziyalı ailəsində anadan olub. 1960-cı ildə orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsinə daxil olmuşdur. 1967-ci ildə "Bakıda İdman-Konsert Kompleksi" diplom layihəsi "əla" qiymətləndirilmiş və gənc memar təyinatla "Azərdövlətsənayelayihə" İnstitutuna göndərilmişdir. Burada o, əsl sənət məktəbi keçərək zəngin təcrübə toplamış və bir sıra ciddi memarlıq layihələri hazırlamışdır. Bakı məişət kondisionerləri zavodu, Azərbaycan AES, Gəncə avtomobil zavodu, Bakı və Quba avtovağzalları, Bakı zərgərlik fabriki və digər obyektlərin layihələri həmin illərin məhsuludur.

Ömər Qoçulu 1970-ci ildə Azərbaycan Politexnik İnstitutuna müəllim dəvət olundu və burada öz bilik və təcrubəsini tələbə memarlara öyrətməyə çalışdı.

1973-cü ildə Ömər Qoçulu Layihə İnstitutuna qayıtdı və yenidən yaradıcılıq fəaliyyətinə başladı, Azərbaycan memarlıhına bir-birindən zəngin əsərlər bəxş etdi.

Ailəsi

O, Borçalıda məşhur olan "Omarlar" nəslindəndir (Bu nəslin bir qolu da əsrin əvvəllərində Turkiyəyə keçmiş, "Qoçulu" soyadı ilə Qars və İstanbul bölgələrində məskunlaşmışdır. Üç övladı, 6 nəvəsi var.

Ədəbi yaradıcılığı

Ömər Qoçulunun "Daşa dönmüş musiqi" adlı kitabı

Onun 1978-ci ildən etibarən mütəmadi olaraq respublika radiosu və televiziyasında, qəzet və jurnallarda Azərbaycan və dünya memarlıhına həsr olunmuş çıxışları və məqalələri maraq doğurur.

Memar-alim Ömər Qoçulunun eyni zamanda bir neçə "xobbisi" də var: borçalıların əksəriyyəti kimi, şirin-şirin saz çalır, şövqlə oxuyur, xeyli lirik şeirlər, sənədli hekayələr yazmışdır. Bəstəkarlardan Elza İbrahimova, Cavanşir Quliyev, Faiq Sucəddinov onun sözlərinə musiqi bəstələmişlər. "Nənəmin nağılı" sənədli povesti onun istedadlı qələmindən xəbər verir. Umumiyyətlə, Ömər Qoçulunun bir yaradıcı şəxsiyyət kimi tam portretini təsəvvür etmək üçün onun haqqında çəkilmiş "Ömrüm boyu körpü salmaq istəmişəm…" telefilminə tamaşa etmək kifayətdir.

Kitabları

  • "Taleyimdən yox gileyim", Bakı, "Azərbaycan", 2002. 256 səh.
  • "Nənəmin nağılı", Bakı, "Qələm ofset", 2008. 150 səh.
  • "Gözdən Sözə", Bakı, "İncə" nəşrlər evi, 2010. 324 səh.
  • "Daşa dönmüş musiqi" (Memarlıq haqqında söhbətlər), Bakı, "Şərq-Qərb", 2012. 360 səh.
  • "Sazım, Sözüm və Özüm", 2014

Memarlıq yaradıcılığı

Memar Ömər Qoçulunun layihələri əsasında Bakıya və respublikanın bir çox bölgələrində 50-ə yaxın muxtəlif ölçülü və profilli mədəni-məişət, sənaye-nəqliyyat, ictimai-inzibati, sahlamlıq-idman və s. komplekslər ucaldılmışdır. Belə tikililərdən Bakıda: Qəzet — nəşriyyat kompleksi, Şəhidlər xiyabanı, "Səbail" dənizkənarı uşaq istirahət guşəsi, "Fəvvarələr meydanı", S. Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı, "Yaşıl teatr", Bərdədə 1941–1945-ci illər muharibəsində həlak olmuş bərdəlilərin xatirə-abidə kompleksi, Ağdam rayonunun Qərvənd kəndində "Səadət sarayı", Şəkidə aeroport binası və s. əsl sənət inciləridir.

Ömər Qoçulunun Bakının Mətbuat prospektindəki Qəzet-nəşriyyat kompleksi və Dənizkənarı parkdakı "Səbail" uşaq istirahət guşəsi SSRİ Xalq Təsərrufatı Nailiyyətləri Sərgisinin qızıl medallarına layiq görülmüşdür. "Fəvvarələr meydanı" Ümumittifaq musabiqəsində "İlin ən yaxşı layihəsi" kimi qeyd olunmuşdur.

Naxçıvan şəhərində Hüseyn Cavidin məqbərəsi layihəsi isə Azərbaycan Memarlıq İttifaqının xüsusi diplomunu almışdır.

Memar Ömər Qoçulu praktiki yaradıcılıqla yanaşı, elmi tədqiqatla da məşhuldur. O, 1989-cu ildə Moskvada "Azərbaycan sənaye memarlığı" mövzusunda namizədlik dissertasiyasını mudafiə etmişdir. İndiyədək 15 sanballı elmi məqaləsi çap olunub.

Ömər Qoçulu memar, alim, pedaqoq olaraq fəaliyyətini davam etdirir, yaradıcılıq işləri ilə paralel İnşaat Muhəndisləri Universitetinin memarlıq fakültəsinin dosentidir, müasir memarlıq fənnindən dərs deyir.

Ömər Qoçulu respublikanın Əməkdar Memarı kimi fəxri ada layiq görülüb, uzun illərdir ki, Azərbaycan Memarlar İttifaqının Rəyasət heyətinin üzvüdür.

Layihəsi əsasında tikilənlər

  • Qəzet nəşriyyatı kompleksi (Mətbuat prospekti, Bakı)
  • 1941–1945-ci illər Böyük Vətən Müharibəsi şəhidlərinin Xatirə Kompleksi (Bərdə şəhəri)
  • "Səbail" Dənizkənarı İstirahət Kompleksi (keçmiş "Bakı Venesiyası")
  • Səməd Vurğun adına yay kino-teatrı
  • "Yaşıl teatr" (yenidənqurma, Bakı)
  • Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı (yenidənqurma, Bakı)
  • Bakı Zərgərlik Fabriki (Mətbuat prospekti, Bakı)
  • Şəki aeroportu
  • Səadət Sarayı (Qərvənd kəndi, Ağdam rayonu)
  • Əzim Əzimzadə bağı (yenidənqurma, Bakı)
  • 20 Yanvar Şəhidlər Xiyabanı (Dağüstü park, Bakı)
  • Ticarət Mərkəzi (Xətai rayonu, Bakı)
  • Bakı Məişət Kondisionerləri Zavodu (həmmüəllif, Bakı)
  • Fəvvarələr Meydanı (həmmüəllif, Bakı)
  • Azərbaycan Dövlətçilyi Muzeyi (Xaçmaz şəhəri)

Layihələri

  • Bakı Avtobus Vağzalı
  • Quba Avtobus Vağzalı
  • Qazax Dəmiryolu Vağzalı
  • Bakıda Nəsiminin abidəsi
  • Azərbaycan AES-nin layihəsi (Nəvahi)
  • Ziyalılar evi (interyer, Bakı)
  • Uşaq Stomatoloji Mərkəzi (Bakı)
  • Vağzalətrafı meydanın yenidən qurulması (Bakı)
  • Sumqayıt Cümə Məscidi
  • Mədəniyyət və Sağlamlıq Kompleksi (Dənizkənarı bulvar, Bakı)
  • Ticarət və Məişət Mərkəzi (Gəncə)
  • Xəzər Universitetinin Elm-Təhsil Mərkəzi (B. Səfəroğlu küçəsi, Bakı)
  • "Borçalı" cəmiyyətinin iqamətgahı (Bakı)

Müsabiqə layihələri

  • Gəncə Avtomobil Zavodu
  • Bakı Dənizkənarı Bulvarın yenidənqurulması
  • Hüseyn Cavidin məqbərəsi (Naxçıvan şəhəri)
  • "Bakıda İdman-Konsert Kompleksi" (diplom layihəsi)

Təltifləri

Bakının Mətbuat prospektində Nəşriyyat Kompleksinin və "Səbail" Dənizkənarı İstirahət Zonasının layihələrinə görə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin "Qızıl medal"larına layiq görülmüşdür.[1]

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.