Ömər Eldarov
Ömər Həsən oğlu Eldarov (21 dekabr 1927[1], Dərbənd, Dağıstan MSSR) — Azərbaycan heykəltaraşı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru (2001–2023), Azərbaycan SSR xalq rəssamı (1982), SSRİ (1980) və Azərbaycan SSR (1982) Dövlət mükafatları laureatı, "Heydər Əliyev" ordeni laureatı (2017).
Ömər Eldarov | |
---|---|
Doğum tarixi | 21 dekabr 1927[1] (96 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | heykəltaraş, rəssam |
Təhsili |
|
Tanınmış işləri | |
Üzvlüyü | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
1927-ci dekabrın 21-i Dağıstan Muxtar Respublikasının Dərbənd şəhərində anadan olub. Azərbaycan Rəssamlıq Məktəbinin heykəltaraşlıq bölməsini qurtardıqdan sonra peşə biliyini artırmaq məqsədilə Leninqraddakı İ. Repin adına rəngkarlıq, heykəltaraşlıq və memarlıq institutunun heykəltaraşlıq fakültəsində təhsilini davam etdirib. 1946-cı ildən etibarən mütəmadi olaraq müxtəlif respublika, regional və beynəlxalq sərgi və müsabiqələrin iştirakçısı olub. Sənətkarın yaratdığı heykəllər dünyanın bir çox muzeylərində layiqli yer tutmaqdadır. Bu cür əsərlər sırasında şairə Natəvanın, şair Məhəmməd Füzulinin, şair-dramaturq Hüseyn Cavidin, Azərbaycanın görkəmli oftalmoloq alimi Zərifə Əliyevanın, professor İhsan Doğramacının heykəlləri, prezident Heydər Əliyevin, bəstəkar Üzeyir Hacıbəyovun, rəssam Səttar Bəhlulzadənin, yazıçı Süleyman Rəhimovun, akademik Ziya Bünyadovun və başqalarının qəbirüstü abidələrini göstərmək olar. Eyni zamanda sənətkar bir sıra kamera xarakterli, kiçik həcmli əsərlərin müəllifidir.
Yaradıcılıqla yanaşı, həm də Azərbaycanın ictimai və mədəni həyatının fəal iştirakçısıdır. 1958–1968-ci illərdə o, Rəssamlar İttifaqının Katibliyinə üzv seçilib. 1970-ci ildə isə o, SSRİ Rəssamlıq Akademiyasının heykəltaraşlıq üzrə Bakıdakı yaradıcılıq emalatxanasının rəhbəri təyin edilib. Bu illər ərzində məşhur heykəltaraş tərəfindən bir neçə nəsil istedadlı peşəkar rəssam yetişdirilib. 1969–1973-cü illərdə Bakı Sovetinin deputatı seçilib və burada mədəni-maarif işi üzrə komissiyanın rəhbəri vəzifəsində çalışıb. 1995-ci ildə isə müstəqil Azərbaycanın ali qanunvericilik orqanı olan Milli Məclisə deputat seçilib. 2021-2023-cü illərə qədər Azərbaycan Rəssamlıq Akademiyasının rektoru çalışıb[2][3].
Təltif və mükafatları
SSRİ
- "Azərbaycan SSR xalq rəssamı" fəxri adı — 1 dekabr 1982[4]
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 23 iyun 1962
- SSRİ Dövlət mükafatı — 31 oktyabr 1980
- Azərbaycan SSR Dövlət mükafatı — 1982
- "Qırmızı əmək bayrağı" ordeni — 22 avqust 1986
- "Şərəf nişanı" ordeni — 9 iyun 1959
- "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı — 1970
Azərbaycan
- "Heydər Əliyev" ordeni — 20 dekabr 2017[5]
- "İstiqlal" ordeni — 20 dekabr 1997[6]
- "Şərəf" ordeni — 17 dekabr 2012
- 1-ci dərəcəli "Əmək" ordeni — 20 dekabr 2022[7]
- Heydər Əliyev Mükafatı — 5 may 2009
- "Sənətkar" medalı (Azərbaycan Teatr Xadimləri İttifaqı) — 10 mart 2021
- "Birlik ulduzları-2014" mükafatı (MDB) — 9 aprel 2014[8][9]
- Üzeyir Hacıbəyli adına mükafat (AMEA) — 18 aprel 2014[10]
10 iyun 2015-ci ildə akademik Ömər Eldarov 2015 Avropa Oyunlarının məşəlini Heydər Əliyev Mərkəzinə gətirmişdir.
Əsərləri
Bu cür əsərlər sırasında şairə Natəvanın (1960, Bakı), mütəfəkkir şair Məhəmməd Füzulinin (1963, Bakı), dramaturq Hüseyn Cavidin (1993, Bakı), Azərbaycanın görkəmli siyasi xadimi Heydər Əliyevin (1987, Naxçıvan) , Sapun dağı hücumu iştirakçıları olmuş 77-ci diviziyanın əsgərləri "Azərbaycanın qorxmaz oğul və qızlarına" həsr olunmuş memorial (1974, Sevastopol), Sədrəddin Ayninin (1979, Düşənbə), İbn Sinanın (1980, Düşənbə), professor İhsan Doğramacının (2001, Ankara), Heydər Əliyevin (2001, Qars) heykəlləri , bəstəkar Üzeyir Hacıbəyovun (1955, Bakı), rəssam Səttar Bəhlulzadənin (1974, Bakı), bəstəkar və caz musiqiçisi Vaqif Mustafazadənin (1984, Bakı), dirijor Niyazinin (1989, Bakı), yazıçı Süleyman Rəhimovun (1991, Bakı), bəstəkar Fikrət Əmirovun (1988, Bakı), şərqşünas-tarixçi, akademik Ziya Bünyadovun (2000, Bakı), akademik Həsən Əliyevin (1988, Bakı) xatirə abidələri "Elegiya" abidəsi (1989), akademik Zərifə Əliyevanın (1995, Bakı), Azərbaycanın ümummilli lideri Heydər Əliyevin (2004, Bakı), professor Lütfi Zadənin (2018, Bakı)), bəstəkar Arif Məlikovun[11] (2020, Bakı) qəbirüstü abidələri vardır. Eyni zamanda sənətkar bir sıra kamera xarakterli, kiçik həcmli əsərlərin müəllifidir. Bu qabildən olan "Qızım Lalənin portreti", "Oğlum Müslümun portreti", "Analıq" , "İlin dörd fəslı", "Bacılar" əsərləri şair Nəsiri Xosrovun və yazıçı Rabindranat Taqorun heykəl portretləri müxtəlif vaxtlarda nüfuzlu respublika və beynəlxalq sərgilərdə uğurla nümayini etdirilmişdir.
- Hüseyn Cavidin Bakıda heykəli.
- Xurşidbanu Natəvanın heykəli (Bakı)
- Azərbaycan Milli Elmlər Akademiyasının A.İ.Qarayev adına Fiziologiya İnstitutunun qarşısında akademik Zərifə Əliyevanın barelyefi, 2003
Ailəsi
- Həyat yoldaşı — Erna Eldarova 13 noyabr 2018-ci ildə vəfat etmişdir[12].
- Oğlu — Müslüm Eldarov (1956–2003) heykəltaraş, rəngkar, qrafik rəssam.[13]
- Gəlini — Oğlu Müslüm Eldarovun həyat yoldaşı Azərbaycan Respublikasının əməkdar rəssamı İrina Eldarova.[14]
İstinadlar
- Omar Eldarov // The Fine Art Archive. 2003.
- Azərbaycanlılar Rusiya Rəssamlıq İttifaqının fəxri üzvü seçilib!
- "Ö.H.Eldarovun Azərbaycan Rəssamlıq Akademiyasının rektoru vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2023-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-20.
- Respublika təsviri sənət xadimlərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekabr 1982-ci il tarixli Fərmanı Arxivləşdirilib 2020-01-16 at the Wayback Machine — anl.az saytı
- President.az. "Ö.H.Eldarovun "Heydər Əliyev" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 20.12.2017. 2018-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-12-20.
- "Ö. H. Eldarovun "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 20 dekabr 1997-ci il tarixli, 660 nömrəli Fərmanı Arxivləşdirilib 2021-07-09 at the Wayback Machine (az.)
- "Ö.H.Eldarovun 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-12-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-29.
- "Ömər Eldarov mükafata layiq görüldü" (az.). lent.az. 17.04.2014 11:45. 2022-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-04-18.
- Ayna. "Ömər Eldarov dövlətlərarası "Birliyin ulduzları" mükafatına layiq görülüb" (az.). Ayna.az. 18.04.2014. 2019-02-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-07-18.
- "Alimlər AMEA-nın ali mükafatları ilə təltif olunublar — sia.az saytı". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-04-19.
- İctimai TV. "Arif Məlikovun abidəsi ucaldılıb" (az.). Youtube.com. 04.06.2020. İstifadə tarixi: 2020-06-04.
- Ömər Eldarovun həyat yoldaşı vəfat etdi Arxivləşdirilib 2022-01-18 at the Wayback Machine. qafqazinfo.az, 13. noyabr 2018 (az.)
- "Əsrlərin qovuşağında: Müslüm Eldarov". 2013-12-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-28.
- Lider TV. "Müslüm Eldarovun xatirə gecəsi keçirilib" (az.). Youtube.com. 21.11.2017. 2021-11-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-22.