Ömür payı. Səməndər Rzayev (film, 2015)
Ömür payı. Səməndər Rzayev — rejissor Tahirə Hüseynovanın 2015-ci ildə Azərbaycan Televiziyasında çəkdiyi sənədli film.
Ömür payı. Səməndər Rzayev | |
---|---|
![]() | |
Janr | bioqrafik |
Rejissor | Tahirə Hüseynova |
Ssenari müəllifi | Rübabə Səməndər |
Baş rollarda |
Elxan Rza Rübabə Səməndər Murad Əhmədli |
Operator | Elşən Rafiqoğlu] |
İstehsalçı | Azərbaycan Televiziyası |
İlk baxış tarixi | 2 iyun 2015, Mədəniyyət TV |
Filmin növü | qısametrajlı sənədli televiziya filmi |
Müddət | 30 dəq. |
Ölkələr |
![]() |
Dil | azərbaaycanca |
İl | 2015 |
Rəng | rəngli |
Məzmun
Filmdə görkəmli teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti Səməndər Rzayevin 70 illik yubileyinə həsr olunur.
Film haqqında
Filmdə "Həyatın dibində", "Sizə deyib gəlmişəm", "Közərən ocaqlar", "Evləri köndələn yar", "Yollar görüşəndə...", "Dəli yığıncaqı", "İblis", "Kreysr sonatası" teatr və televiziya tamaşalarının, "Uşaqlığın son gecəsi", "Nəsimi", "Tütək səsi", "Od içində", səsləndirdiyi "İstintaq", "Babək", "Babamızın babasının babası", "Qara gölün cəngavərləri", "Bəyin oğurlanması", "Bağ mövsümü" filmlərinin kadrlarından eləcə də "Bulağ" radioverilişindəki səsdən istifadə edilmişdir.
Filmdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin arxiv materiallarından, eləcə də Siyavuş Kərimi, Faiq Sücəddinov, Aygün Səmədzadə və xarici bəstəkarların musiqilərindən istifadə edilmişdir.
Səhvlər
- Orfoqrafik: Titrlərdə "Sizə deyib gəlmişəm", "Yollar görüşəndə...", "Dəli yığıncağı" teatr və televiziya tamaşalarının adları səhvən "Sizi deyib gəlmişəm", "Yollar görüşəndə", "Dəli yıgıncagı" kimi yazılmışdır.
- Orfoqrafik: Titrlərdə "Od içində", "Uşaqlığın son gecəsi" filmlərinin adları səhvən "Od içində vahə", "Uşaqlıgın son gecesi" kimi yazılmışdır.
- Orfoqrafik: Titrlərdə "Babamızın babasının babası" filmində Babamızın ədatından sonra səhvən vergül qoyulmuşdur.
Filmin heyəti
Film üzərində işləyənlər
- Ssenari müəllifi: Rübabə Səməndər
- Quruluşçu rejissor: Tahirə Hüseynova
- Quruluşçu operator: Elşən Rafiqoğlu
- Montaj: Hüseyn Hüseynov
- Assistentlər: Mikayıl Əjdəroğlu, Qafur Sədiyev, Samir Məlikov
- Səs operatoru: Əliabbas Qasımov
- Mətni oxuyan: Elxan Rza
- İnzibatçı: Məlahət Əhməd
- Redaktor: Səyavuş Məmmədov
- Filmin direktoru: Kənan Quliyev
- Musiqilərindən istifadə edilən bəstəkarlar: Siyavuş Kərimi, Faiq Sücəddinov, Aygün Səmədzadə
Rollarda
- Elxan Rza
- Rübabə Səməndər
- Murad Əhmədli