Ölümdən sonrakı həyat
Ölümdən sonrakı həyat — din, fəlsəfə və mifologiyada insanın dünyadakı fiziki həyatını bitirdikdən sonra ruh və ya şüur halında davam etdiyinə inanılan həyat. O biri dünya və İslam mənşəli bir termin olan axirət anlayışları ölümdən sonrakı həyatın davam etdirilidiyinə inanılan məkanı təsvir etmək üçün istifadə edilir.[1]
Ölümdən sonrakı həyatla əlaqəli anlayışlar materialist olmayan spiritualist və dini inanclarla əlaqədardırlar. Bu inanclarda yer alan ölümdən sonra bir həyatın olduğuna bağlı ən başda gələn fundament ruhun ölümsüzlüyü — əbədiliyi inancıdır. Bundan başqa, ölümdən sonrakı həyatın ruhun ölümsüzlüyünə bağlı olmayıb, yalnızca ölmüş şəxslərin dirilmələri şəklində reallaşacağını müdafiə edən inanc da vardır.
Ruhun əbədiyyəti inancı
Ümumiyyətlə, dini inanclar insanın bədənində onu yaşadan bir ruh olduğu inancını qəbul edirlər. Bu mözvuda istisnalar olmaqla birlikdə, insandakı bu ruhun şüur daşıdığı və insanın şəxsiyyəti ilə əlaqəli hər şeyin bu ruhda olduğu qəbul edilir. Ruh şəxsin içindəki öz varlığını meydana gətirərək, düşünür, hiss edir, sevir, nifrət edir və qərar verir. Bu yolla ruh insanın öz şəxsiyyəti olur, bədən yalnızca ruha geydirilmiş bir paltara bənzəyir. İnsandakı bu ruhun ölümsüz olduğu və insan öləndə bədənindən ayrılaraq o biri aləm və ya axirət olaraq adlandırılan bir yerə getdiyi inancı qəbul edilir. Bu yerin adı qərbdə limbus olaraq adlandırılan bərzəx aləmidir. İnsan ruhu limbus ya da bərzəx aləmində müvəqqəti olaraq qiyamətə qədər qalma müddəti bitdikdən sonra, son ilahi bir mühakimədən keçəcək və bunun nəticəsində sonsuza qədər cənnət və ya cəhənnəmdə qalmağa layiq görüləcəkdir. Bəzi hallarda ruh cəhənnəmdə müvəqqəti bir müddət qalır və günahlarının cəzasını çəkdikdən sonra cənnətə göndərilir. Katolik inancında bu Araf (Purgatory) oxşarı ara bir yerdir. Dini inancların fərqliliklərinə görə ruhun bütün bunları ya bədənsiz olaraq ya da ruhun təkrar bədəniylə birləşməsindən sonra yaşayacağına inanılır. Dini istiqamətdəki bu inancların mənbəsi, əsasən iki təmələ əsaslanır. Bunlardan biri yazılı mənbələrdir. Digər təməl isə metafizika təcrübələridir.
Müqəddəs kitablarda
Ölümdən sonrakı həyatla əlaqəli bir fundament dini inancların müqəddəs kitablarından bu istiqamətdə edilən rəydir. Ümumi mənada dini istiqamətdəki bu cür inanclara görə o biri dünya ya da axirətə bağlı Bərzəx (Limbus), Cəhənnəm (Hell), Cənnət (Heaven-Paradise) kimi vəziyyətlərin yaşanması üçün ruhun bədənini tərk etmiş olması lazımdır. Bütün bunların ola bilməsi üçün ruhun insan bədənindən ayrılması bir məcburiyyətdir. Dini inanclara görə ölən şəxs bunları həm bədəni və həm də ruhuyla birlikdə yaşaya bilməz. Çünki ölmüş birinin bədəni hələ bu dünyada qalır və illər sonra belə bu şəxsin sümüklərinin olduğu məzarda uzun müddət çürümədən qaldığı və o biri aləmə getmədiyi bilindiyini üçün bütün bunları yalnızca şəxsin ruhunun yaşayacağına inanılır.
Yuxular
Bu inanclardakı ikinci bir təməl dayaq isə şəxslərin yaşadıqları və fövqəltəbii olaraq gördükləri hadisələrdən çıxartdıqları nəticələrdir. Bu dini məzmunlu fövqəltəbii hadisələrin başında şəxslərin gördükləri normal olmayan, sünii yuxular gəlir. Məzmunları bir-birlərindən çox fərqli ola bilən bu yuxularda yuxuları görən şəxslər, əsasən yuxularında əvvəlcədən bu dünyada yaşamış və ölmüş şəxsləri görürlər. Və yuxudan oyandıqda bu şəxslərdən yuxularında aldıqları məlumatların doğru çıxdığını görmələri bu şəxslərə gördükləri yuxuların adi bir yuxu olmadığı fikrini verir. Nəticədə bu cür yuxuları görən şəxslər ölmüş adamları bu yuxularda sağ olaraq gördükləri üçün bundan ölmüş kişilerin o biri aləmdə yaşadıqları nəticəsini çıxardıblar. Bunun nəticəsində də ölmüş insanların yalnızca bədənlərinin öldüyünə, lakin ruhlarının isə o biri aləmdə yaşamağa davam etdikləri inancına sahib olublar.
Astral səyahət
Fövqəltəbii bir hadisə olaraq müşayiət edilən başqa bir hadisə astral səyahətdir. Bu vəziyyətin ortaya çıxışı, əsasən yuxu-oyaqlıq arası olaraq adlandırılan və şəxsin yuxuya gedərkən ya da yuxudan oyanarkən yaşadığı bir təcrübədir. Şəxs hələ dərin yuxuya getmədiyindən bu yaşadığı təcrübəni bir yuxu olmayıb, oyanıq olarkən həqiqətən yaşadığı bir hadisə olaraq dərk edir. Astral səyahət təcrübəsini yaşayan şəxslər ruhlarının bədənlərindən ayrılaraq öz olduqları dünyada gəzdiklərini görürlər. Burada başqa ruhlarla və varlıqlarla da qarşılaşa bilirlər. Bunlar mələklər, cinlər, müqəddəs şəxslərin ruhları ya da öz ölmüş yaxınlarının ruhları ola bilir. Astral səyahətdə mütləq geriyə bədənə qayıdılır və şəxs yenidən özünü yenə astral səyahətə çıxdığı yer olan yatağında yatar vəziyyətdə tapır. Şəxs bu astral səyahət təcrübəsini evində yatağında yatarkən yaşamış olduğu halda, yenə də yaşadığı bu təcrübədən çıxartdığı nəticə budur: insan öldüyü zaman ruhu yene astral səyahətdə olduğu kimi bədəndən ayrılır və o biri aləmə gedərək yaşamağa davam edir.
Bu mövzuda verilə biləcək bir nümunə əməliyyat masasında yatan bəzi xəstələrin yaşadıqları təcrübələrdir. Məsələn, ürəyi dayanan və bir müddət ölü olaraq görülən bəzi şəxslər, daha sonra yenidən həyata qayıtdıqlarında başlarından keçənləri anlatmışdırlar. Bu şəxslər ruhlarının bədənlərindən ayrıldığını, bir tunelin ucundan işıqlı bir əraziyə çatdıqlarını, burada bəzi ruhani varlıqlarla qarşılaşdıqlarını və yenidən geriyə bədənlərinə qayıtdıqlarını anlatmışlardır. Bu şəxslərin yaşadıqları bu cür hadisələr ölüm sonrası təcrübəni və ölüm döşəyi görüntüləri mövzularını əhatə edir.
"O bir dünya"dan qayıdanlar
Eben Aleksandr
Uzun müddət Harvard Universitetində dərs keçən və əla neyrocərrah imici qazanmış doktor Eben Aleksandr özünü xristian hesab etsə də, heç vaxt axitərə inanmayıb və hətta bizi haradasa hədsiz dərəcədə sevən Allahın olduğuna inananların halına yanıb.[2] "Mən neyrocərrah kimi "bədəndən kənar təcrübə" fenomeninə inanmırdım. Elmi mühitdə böyümüşəm, neyrocərrahın oğluyam. Atamın yolunu davam etdirərək akademik və neyrocərrah olmuşam, Harvard Tibb Məktəbində və başqa universitetlərdə dərs demişəm. Mən insanın ölüm ayağında olduğu zaman beyində nə baş verdiyini anlayıram, ona görə də həmişə hesab etmişəm ki, ölümdən möcüzə olaraq qurtulan insanların təsvir etdikləri bədəndən kənar səyahətin ağıllı elmi izahı mövcuddur", — o əvvəlcə bildirib.
Lakin 2008-ci ilin payızında onun özünün komaya düşməsindən sonra hər şey dəyişib. Məhz o zaman Aleksandr bir həftə ölümlə həyat arasında olub, onun fikirlərə və emosiyalara cavab verən beyin qabığı fəaliyyətini dayandırıb. Tanınmış cərrahın sözlərinə görə, o özü isə axirət dünyasına, eləcə də cənnətə səyahət edib.
"Beyin və ağlın hazırkı tibbi anlayışına uyğun olaraq, komaya düşdüyüm zaman heç olmasa məhdud şüurda olmalı idim, onun çox parlaq və bütöv səyahət etməsi sadəcə mümkün deyil. Bədənimin komada olmasına baxmayaraq, məndə beyin qabığının fəaliyyəti dayandığı təqdirdə beynin özünün işləməkdə davam etməsinin, mövcudluğuna heç vaxt inanmadığım ölçücə daha böyük kainata yola düşməsinin heç bir elmi izahı yoxdur", — neyrocərrah deyib.
Həkim qeyd edir ki, bütövlükdə onun baş çəkdiyi mistik məkan kliniki ölüm və ya başqa sərhəd vəziyyətlərini yaşamış insanların çoxsaylı təsvirlərinə oxşayırdı. Onun sözlərinə görə, həmin yer hərfən bizim daha çox olduğumuz, yalnız bədənimizin və beynimizin deyil, həm də ölümün şüurlu mövcudluğunun sonu yox, yalnız sonsuz səyahətin bir hissəsi olduğu yeni dünyanı təşkil edir.
Həkim bu qəribə dünyanın necə göründüyünü təsvir edə bilib. O danışır ki, səyahəti buxara çevrilərək buludlarda yüksəyə qalxmasından və tezliklə "səmada uçan, sayrışan və dalınca xəttə oxşar uzun izlər qoyan şəffaf varlıqları" görməsindən başlayıb. Bundan başqa, həmin varlıqlar çox gözəl mahnıya bənzər qəribə səslər çıxarırdılar və ona elə gəlirdi ki, bu varlıqlar bununla onları əhatə edən sevinci və xoşbəxtliyi ifadə edirdilər. Ancaq Aleksandr onları quşlarla, mələklərlə müqayisə edə bilmir: "Onlar bizim planetimizdə mövcud olan heç nəyə bənzəmirdilər".
O bunların hansısa ali varlıqlar olduqlarına əmindir. Belə varlıqlardan biri olan naməlum gənc qadın ona qoşulur və mistik kainatda onun bələdçisi olur. O, hətta sirli qadının onunla söhbətlərindən birini xatırlayır: "Sən sevimlisən və səni həmişəlik əzizləyəcəklər. Sən heç nədən qorxmamalısan. Sənin səhv edə biləcəyin heç nə yoxdur. Biz burada sənə çox şeylər göstərəcəyik. Amma sonda sən geri qayıdacaqsan".
Qadın yavaş-yavaş həkimi "nəhəng boşluğa gətirir, bura tamamilə qaranlıq olsa da, sonsuzluq hiss olunurdu və bununla yanaşı, həm də çox xoş idi". İndi Aleksandr hesab edir ki, bu boşluq Allahın evi olub.
O, tezliklə ayılır. Lakin indi, axirət dünyasına səyahəti yaşadıqdan sonra öz təcrübəsini həmkarları ilə bölüşməyə tələsmir, amma təsəllini kilsədə tapır. Alim oktyabrın sonlarında işıq üzü görəcək "Neyrocərrahın axirət dünyasına səyahəti" adlı kitab da yazıb.
"Mən əvvəlki kimi, həkiməm və yenə də elm adamı olaraq qalıram. Lakin daxildə əvvəlki adamdan çox fərqlənirəm. Çünki mən reallığın yeni mənzərəsini görmüşəm", — Aleksandr deyib.
Həmçinin bax
İstinadlar
- Ölümden sonra yaşam Arxivləşdirilib 2022-07-12 at the Wayback Machine — Türkçe Vikipedi
- "Komadan ayılan həkim "ölümdən sonrakı həyat"ın sirrini açdı (FOTO)". 2021-04-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-01.