Ölüm ulduzu

Ölüm ulduzu (ing. Death Star) — "Ulduz müharibələri" kainatında uydurma kosmik stansiya. Bütün planetləri məhv etməyə qadir olan son dərəcə dağıdıcı gücə malik super güclü enerji lazer silahları ilə təchiz edilmişdir. Qalaktik imperiyanın stansiyasının bir işləyən və bir yarımçıq variantı var idi. Sonradan "Ölüm ulduzu" daha da güclü super silah olan "Ulduz qatili" ilə əvəz olunmuşdur.

Təsiri

14 dekabr 2012-ci ildə ABŞ-də ölkənin özünümüdafiə qabiliyyətini artırmaq və yeni iş yerləri yaratmaq üçün əsl "Ölüm ulduzu"nun yaradılması təklifi irəli sürülmüşdür. Petisiyada 26 mindən çox imza toplanmışdır.[1] Barak Obama administrasiyası proqramın mümkün işə salınması variantlarını nəzərdən keçirməkdən rəsmən imtina etmişdir.[2]

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.