Ölüm qarşısında bərabərlik

Ölüm qarşısında bərabərlik (fr. Egalité devant la mort) — Fransa rəssamı Vilyam Buqro tərəfindən 1848-ci ildə yağlı boya ilə kətan üzərində işlənmiş rəsm əsəridir. 141x269 sm ölçüyə malik olan əsər Orse muzeyində nümayiş etdirilir.

Ölüm qarşısında bərabərlik
fr. Egalité devant la mort
Rəssam Vilyam Buqro
Tarixi 1848
Texnikası yağlı boya
Ölçüləri 141 sm × 269 sm
Materialı yağlı boya[d]
Saxlanıldığı yer Orse muzeyi
İnventar nömrəsi RF 2010 7

Tarixi

Milli Ali İncəsənət Məktəbində cəmi iki il təhsil aldıqdan sonra Buqro "Ölüm qarşısında bərabərlik" əsəri ilə ilk dəfə Paris Salonunda iştirak edir. Əsərin əsas mövzusu, necə həyat sürmələrindən asılı olmayaraq bütün insanların ölüm qarşısında bərabər olmasıdır.[1] Təqdim edilməsindən sonra əsər, əsasən janrında kişi obrazları mövzusuna həsr edilmiş bir çox sərgilərdə nümayiş etdirilmişdir.[2]

Təsviri

Rəsm əsərində cəsədi tamamilə çılpaq uzadılmış gənc oğlanın üzərini kəfənlə örtmək üçün uçan ölüm mələyi təsvir edilmişdir. Sol tərəfdə aşağı küncdə rəssam öz imzasını qoymuşdur.

İstinadlar

  1. "William Bouguereau, Uguaglianza davanti alla morte". 2018-10-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 iyun 2019.
  2. "Egalité devant la mort, Bouguereau - Notice de l'œuvre" (fransız). 2018-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 iyun 2019.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.