Ölüm vadisi
Ölüm dərəsi - ABŞ-nin Kaliforniya ştatında səhra. Şimali Amerikada dəniz səviyyəsindən ən aşağı (-86 m) olan yer hesab olunur. Həmçinin, ən quraq və ən yüksək hava temperaturunun qeydə alındığı yerdir (56.7 °C). Sahəsi 7.800 km2-dir. Böyük, hamar, heç bir həyat şərtləri olmayan gilli yayla şəklindədir.
Ölüm dərəsinin sirləri
Səhranın bəzi yerlərində ölçüsü bir ton yarıma qədər olan qaya parçaları var. Bu daşlar uzun illərdir, məlum olmayan səbəbdən səhrada iz qoyaraq hərəkət edirlər və maraqlısı odur ki, daşlar müxtəlif istiqamətlərdə hərəkət edir heç vaxt bir-biri ilə toqquşmurlar. Ölüm dərəsində baş verən bu müəmmalı hadisənin üzərində uzun illər aparılan araşdırmalar heç bir nəticə verməmişdir. İlkin variant kimi hər zaman külək söylənsə də, Ölüm dərəsində heç vaxt bu daşları hərəkət etdirə biləcək səviyyədə küləklər qeydə alınmayıb.