Öksüz

Öksüz - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd.[2]

Kənd
Öksüz
41°07′22″ şm. e. 43°40′23″ ş. u.
Ölkə  Ermənistan
Region [[Ağbaba mahalı]]
Rayon [[Amasiya rayonu]]
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 2.200 m
Saat qurşağı UTC+4
Əhalisi
Əhalisi
  • 11 nəf. (2011)[1]
Rəsmi dili
Öksüz xəritədə
Öksüz
Öksüz

Tarixi

Rayon mərkəzindən 23 km şimal-qərbdə, Gürcüstan respublikası ilə həmsərhəddə yerləşir. Toponim qədim türk dilində «çay» mənasını bildirən öküz sözü[3] əsasında formalaşmışdır. Bu söz həm də oquz, okus, oqus formasında qeyd edilir[4][5]. Hidrotoponimdir. Quruluşca sadə toponimdir.

Ermənistan prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Darik qoyulmuşdur.

Əhalisi

Erməni mənbələrində kəndin sakinlərinin qarapapaqlar olduğu göstərilir və onlar ayrıca bir xalq kimi təqdim edilir[6].

Kənddə 1886-cı ildə 62 nəfər, 1897-ci ildə 96 nəfər, 1908-ci ildə 153 nəfər, 1914 - cü ildə 176 nəfər azərbaycanlı yaşamışdır[7].

1916-cı ildə azərbaycanlılar qovulmuşdur. Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlıların sağ qalanları doğma kəndlərinə qayıda bilmişlər. Kənddə 1922-ci ildə 202 nəfər, 1926-cı ildə 242 nəfər, 1931-ci ildə 270 nəfər[7], 1971-cı ildə 241 nəfər, 1987-ci ildə 291 nəfər[8] azərbaycanlı yaşamışdır.

1989 - cu ilin qışında azərbaycanlılar ermənilər tərəfindən tarixi-etnik torpaqlarından qovulmuşdur. İndi ermənilər yaşayır.

İstinadlar

  1. Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
  2. PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
  3. Древнетюркский словарь, Л., «Наука», 1969. s.382
  4. Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.405
  5. Молчанова О.Т. Структурные типы тюркских топонимов Горного Алтая, Саратов, Издство Саратовского Университета, 1982. s.237
  6. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.20, 105
  7. erm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) Arxivləşdirilib 2020-09-24 at the Wayback Machine. Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) Arxivləşdirilib 2016-02-29 at the Wayback Machine. Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.20-21, 104-105
  8. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası, Bakı, «Gənclik», 1995. s.381-382

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.