Öküz soliteri
Öküz soliteri (lat. Taenia saginata) — heyvanlar aləminin yastı qurdlar tipinin lentşəkilli qurdlar sinfinin siklofillidlər dəstəsinin soliterlər fəsiləsinin soliter cinsinə aid heyvan növü. Öküz soliterinin epidemiyası Afrika, Latın Amerikası, Filippin və qismən Şərqi Avropa ölkələrində mövcuddur.[1][2]
Öküz soliteri | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Amorphea Ranqsız: Obazoa Ranqsız: Opisthokonta Ranqsız: Holozoa Ranqsız: Aləm: Yarımaləm: Klad: ParaHoxozoa Klad: Nephrozoa Ranqsız: Ranqsız: Spiralia Klad: Rouphozoa Tip: Sinif: Yarımsinif: Eucestoda Dəstə: Fəsilə: Cins: Növ: Öküz soliteri |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Xüsusiyyətlər
Yetkin bir lent qurd təxminən 2-5 min seqmentdən ibarətdir və uzunluğu 4-10 metrə çatır.[3] Degelmintizasiya, yəni parazitlərdən müalicə olunub qurtulmaq tədbirləri görülmədikdə insan bağırsağında yaşama müddəti 18-20 ildir. Qarmaqların olmamasına görə donuz soliterindən fərqlənir. İldə təxminən 600 milyon, bütün ömrü boyu isə 11 milyard yumurta qoyur[4]
Öküz soliterinin gövdəsi kiçik baş, qısa boyun və uzun lentşəkilli gövdədən ibarətdir. Başında yuvarlaq əzələ əmzikləri var, onların köməyi ilə yetkin parazit sahibin bağırsağının divarlarına yapışır. Bu parazitin yaşayıdığı mühit insanların və iri buynuzlu heyvanların nazik bağırsağıdır. Parazit bağırsağın başqa hissəsində yerləşə bilməz. Bu parazitin aralıq sahibi mal-qara olmalıdır.[5]
Öküz soliterinin tənəffüs və həzm sistemi yoxdur. Qida maddələri bədənin bütün səthi tərəfindən udulur. İfrazat sistemi kanallarla əmələ gəlir. Qurdun ifrazat sistemi nərdivan quruluşludur. Kanallar birləşərək xaricə açılır. Hiss orqanları yoxdur.[6]
Həyat sikli
Çoxalma prosesi ya seqmentlər arasında mayalanma, ya da öz-özünə mayalanma (Yastı qurdların əksəriyyəti kimi hermofroditdir) ilə olur. Yetkin fərdi insanın nazik bağırsaqlarında yerləşir. Aralıq sahibinin, yəni mal qaranın bədəninə yumurta şəklində daxil olur və bağırsaqlarında yumurtalardan altı qarmaqlı onkosfer sürfələri çıxır, bağırsaq divarını deşərək qan və limfa axını ilə bütün bədənə, o cümlədən əzələlərə daşınır və orada üzgəclərə (fin) çevrilir. Həyat dövrünü davam etdirmək üçün çiy və ya zəif qızardılmış və ya pis bişmiş yoluxmuş əti bu parazitin yeganə qəti sahibi olan insan yeməlidir. İnsan bədənindən nəcislə birlikdə xarici mühitə daxil olan proglottidlər bir müddət torpaq boyunca sürünərək, artıq yoluxmuş sürfələri olan yumurtaları yayırlar. Yumurtalar təsadüfən mal-qara tərəfindən qəbul edilə bilər və sikl yenidən təkrarlanır.[7]
İstinadlar
- В.А.Догель. Зоология беспозвоночных. Учебник для университетов. Изд. 6-е, перераб и доп. Под ред проф. Полянского Ю. И. — М.: Высшая школа, 1975, с. 179
- Payne, Austin. "ADW: : INFORMATION". Animal Diversity Web (ingilis). 2023-11-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-11.
- "Taeniasis/Cysticercosis". www.who.int (ingilis). 2019-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-11.
- В.А.Догель. Зоология беспозвоночных. Учебник для университетов. Изд. 6-е, перераб и доп. Под ред проф. Полянского Ю. И. — М.: Высшая школа, 1975, с. 170
- "Taenia Saginata - an overview | ScienceDirect Topics". www.sciencedirect.com. 2024-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-11.
- "Taenia saginata". www.cambridge.org. 2024-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024.03.11.
- Index-catalogue of Medical and Veterinary Zoology: Supplement (ingilis). U.S. Department of Agriculture. 1967-01-01. 2024-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-03-11.