Öelün

Öelün (və ya Höelin Ujin , Monqolca: Өэлүн үжин, Өэлүн эх, Anne Höelin) sonraları Çingiz xan olaraq anılacaq olan Temuçinin anası və Monqol tayfası başçısı Yesugey bahadurın xanımı.

Öelün
monq. ᠥᠭᠡᠯᠦᠨ ᠦᠵᠢᠨ
Doğum tarixi 1140[1]
Doğum yeri
Vəfat tarixi 1221
Vəfat yeri
Həyat yoldaşı
Uşaqları
Fəaliyyəti consort[d]

Həyatı

Öelün, Onggirat boyunun Olxonut tayfasındandır. 1159-cu il civarında Yesugey bahadur tərəfindən qaçırldı. Öelün, Yesugey bahadur tərəfindən baş xatun təyin edildi. Beləcə Yesugey bahadurın varisləri Öelünin övladlarından olacaqdı. Öelün, Yesugey bahadurdan beş övladı oldu. Bunlar, Temuçin, Hazar Kasar, Kaçiun, Temüge oğlan övladları, Temulin ise qızıdır. Ayrıca Yesugey bahadurın digər arvadından olan BekterBelgütey adında iki oğlu vardır.

Yesugey bahadurın ölümündən sonra

Yesugey bahadurın tatarlar tərəfindən öldürülməsindən sonra, ulusdakı bir çoxadam obanı tərk etmiş, Öelün övladlarıyla birlikdə yalnız qalmışdır. Öelün ailesinin sorumluluğunu alaraq bir arada tutmağa çalışmışdır. Buna rəğmən TemuçinBekter arasındakı mübarizə, Temuçinin Bekteri öldürməsiylə nəticələnmişdi. Öelün bu duruma öncələri çox böyük təpki göstərməsinə rəğmen ailəni bir arada tuta bilmək üçün Temuçin ilə birlikdə yaşamağa davam etmişdir.

Temuçin(Çingiz xan) ilə münasibətlər

Çingiz xanın ən önəmli müşavirləri arvadı Börte ilə birlikdə anası Öelün olmuşdur.

Həmçinin bax

Ədəbiyyat

  • Temir, Ahmet. Moğolların Gizli Tarihi (Çeviri). Ankara: Türk Tarih Kurumu (2010). ISBN 978-975-6-0752-2

Xarici keçidlər

İstinadlar

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.