Öd

Öd (lat. fel s. bilis; yun. χολή) onurğalı heyvanlardainsanda qaraciyərin vəzili hüceyrələrinin fasiləsiz olaraq hasil etdiyi sekret.

Öd yaşıl- sarımtıl rəngdə, çox acı, neytral reaksiyalı maye halda məhsuldur; xüsusi çəkisi 1010–1040 — dır; daim ifraz olunur, ancaq həzm vaxtı onikibarmaq bağırsağa tökülür. Həzm olunmayan zaman öd öd kisəsinə toplanaraq, onun divarındakı vəzilərdən ifraz olunan seliklə qarışır. qaraciyərdən gələn öd duru və açıq olur, öd kisəsində olan öd isə tünd, qatı və selikli olur. Öddə bəzən yağ damcıları, öd yollarından qırılmış silindirəbənzər hüceyrələr, öd boyağı dənələri və xolesterin kristalları olur.

Qaraciyər və öd kisəsi ödünün ümumi xarakteristikası[1]
Göstəricilər Qaraciyər ödü Öd kisəsi ödü
Turşuluğu, рН 7,3–8,2 6,5–6,8
Xalis çəkisi1,01–1,021,02–1,048
Quru çəkisi, q/l 26,0 133,5
Su, %95–9780–86
Qaraciyər və öd kisəsi ödünün tərkibindəki üzvi maddələrə görə xarakteristikası[1]
Üzvi maddələr Qaraciyər ödü mmol/l Öd kisəsi ödü mmol/l
Öd turşuları 35,0 310,0
Öd piqmentləri 0,8–1,0 3,1–3,2
Xolesterin~3,025,0–26,0
Fosfolipidlər1,08,0
Qaraciyər və öd kisəsi ödünün ion tərkibinə görə xarakteristikası[1]
İonlar Qaraciyər ödü mmol/l Öd kisəsi ödü mmol/l
Natrium (Na+)165,0280,0
Kalium (K+)5,015,0
Kalsium (Ca2+)2,4–2,511,0–12,0
Xlor (Cl)~9014,5–15,0
Bikarbonat (НСО3)45–46~8



Öd turşuları

Həmçinin bax

Mənbələr

İstinadlar

  1. Коротько Г. Ф. Физиология системы пищеварения. — Краснодар: 2009. — 608 с. Изд-во ООО БК "Группа Б". ISBN 5-93730-021-1.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.