Çxoncin

Çxoncin (kor. 청진시) — Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) şimal-şərqində yerləşən liman şəhəri, Hamqyon-Pukto vilayətinin inzibati mərkəzi. Ölkədəki ən böyük qara metalurji bazası olan əhəmiyyətli bir sənaye və nəqliyyat mərkəzi olan şəhərdə, Rusiyanın və Çinin baş konsulluqları yerləşir. Şəhərin ləqəbi "Dəmir Şəhəri"dir.[2]

Şəhər
Çxoncin
청진시
41°48′00″ şm. e. 129°46′59″ ş. u.
Ölkə  Şimali Koreya
Vilayət Hamqyon-Pukto
Tarixi və coğrafiyası
Sahəsi
  • 269 km²
Saat qurşağı UTC+8:30
Əhalisi
Əhalisi 667,929[1] nəfər (2008)
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +850 73хххххх
Çxoncin xəritədə
Çxoncin
Çxoncin
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adı

Çxoncin şəhərinin adı iki sözdən ibarətdir: 清 (çxon kor. ) və 津 (çin kor. ). Bu söz birləşməsi Azərbaycan dilinə "təmiz bərə" kimi tərcümə olunur. Şəhərin Yaponiya müstəmləkə hakimiyyəti dövründə qurulduğuna görə, bu hərflərin yapon dilindəki tələffüzü (Seysin) məşhur idi. Ancaq 1945-ci ildə Koreyanın azad olunmasından sonra şəhərin adı Koreyada "Çxoncin" olaraq yayılmağa başladı. Şəhər həmçinin, kiril qrafikasında Koreya adlarının transliterasiyası üçün müəyyən qaydaların qəbul olmamasından rus mənbələrində "Çxoncin" və ya "Çondin" olaraq göstərilir.

Tarixi

Şəhərin qurulma tarixi bilinmir. Çxoncin Yaponiya İmperiyasının Koreyanı işğal etməsindən əvvəl kiçik bir balıqçı kəndi idi. Rus-yapon müharibəsi zamanı Yaponiya qüvvələri Çxoncin şəhərinə getmiş və Mancuriya cəbhəsinə yaxın olması səbəbiylə burada təchizat bazası qurmuşdu. Yaponlar müharibənin sona çatmasından sonra regionda qaldılar və 1908-ci ildə şəhəri Koreya ehtiyatlarının nəqli üçün dayanıqlı bir ticarət nöqtəsi elan etdilər.[3] Şəhər, bu dövrdə "Seyşin" adlandırılırdı. Şəhər 13 avqust 1945 tarixində, İkinci Dünya müharibəsinin sona çatmasından iki gün əvvəl SSRİ qüvvələri tərəfindən işğal edilmişdir. Şəhər Şimali Koreyanın rəhbərliyi altında əhəmiyyətli bir hərbi və sənaye mərkəzi olaraq qalmışdır. 1960-1967-ci və 1977-1988-ci illərdə mərkəzi hökumət tərəfindən birbaşa idarə olunmuşdur.

İnzibati bölgüsü

Çxoncin, 82 şəhər şöbəsi (kor. ), 16 kənd (kor. ) və 1 işləyən kənd (kor. 로동자구) daxil olmaqla 7 rayondan (kor. 구역) ibarətdir.

Çxoncinin rayonları:

  • Sinam (kor. 신암구역)
  • Pxoxan (kor. 포항구역)
  • Çxonam (kor. 청암구역)
  • Sunam (kor. 수남구역)
  • Sonpxyon (kor. 송평구역)
  • Panam (kor. 라남구역)
  • Puyun (kor. 부윤구역)

İqlimi

  • Orta illik hava temperaturu — 8,4 °C
  • Havanın nisbi rütubətliyi — 69,5%
  • Orta külək sürəti — 1,2 m/s
NASA-ya əsasən Çxoncində orta gündəlik hava temperaturu[4]
Yan Fev Mar Apr May İyn İyl Avq Sen Okt Noy Dek İl
−5,4 °C −3,4 °C 1,3 °C 7,3 °C 11,8 °C 16,0 °C 20,0 °C 21,7 °C 17,7 °C 11,4 °C 3,5 °C −2,5 °C 8,4 °C

Nəqliyyat

Şəhərdə tramvay xətti mövcuddur. Şəhərdə həmçinin iki keçid xəttindən ibarət olan bir trolleybus sistemi mövcuddur.[5]

Konsulluqlar

Çxoncin şəhərində yerləşən xarici ölkələrin konsulluq idarələri:

Qardaşlaşmış şəhərlər

İstinadlar

  1. "2008 KXDR əhalisinin siyahıya alınması — Pxenyan: KXDR Mərkəzi Statistika İdarəsi, 2009, səh. 18" (PDF). 2010-03-31 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2017-10-31.
  2. Demik, Barbara. Nothing to Envy: Real Lives in North Korea (UK). Granta Publications. 2010. ISBN 978-1-84708-141-4.
  3. "Arxivlənmiş surət". 2016-03-03 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-10-31.
  4. "NASA RETScreen Verilənlər Bazası". 2015-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-31.
  5. "Arxivlənmiş surət". 2017-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-31.
  6. "Çxoncin şəhərindəki baş konsulluq". 2016-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-31.
  7. "Xabarovsk və Şimali Koreyanın Çxoncin şəhəri qardaşlaşdılar". 2016-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-10-31.

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.