Çuxur Qəbələ

Çuxur QəbələAzərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.

Çuxur Qəbələ
40°53′32″ şm. e. 47°41′32″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Qəbələ rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 405 m
Saat qurşağı
Əhalisi
Əhalisi 973 (2009) nəfər
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ3613[1]
Çuxur Qəbələ xəritədə
Çuxur Qəbələ
Çuxur Qəbələ

Tarixi

Coğrafiyası

Çuxur Qəbələ. Adından bəlli olduğu kimi çökəklikdə yerləşdiyindən çuxur coğrafi terminindənQəbələ sözlərindən təşkil olunub. Qədim Albaniyanın paytaxtı olan Qəbələ şəhərinin adını daşıyır. Rayon mərkəzindən 34 km. cənub qərbdə, Alazan-Həftəran vadisindədir.[2] Qəbələ şəhəri süquta uğradıqdan sonra onun çuxurda yerləşən məhəlləsinin adını bu kənd zəmanəmizə qədər saxlayıb. Kəndin ərazisində qədim şəhərin qala və tikinti qalıqları, Qəbələ tarix mədəniyyət qoruğu yerləşir. Kəndin cənub-şərqində erkən orta əsrlərə, şimal və şimal-şərqində isə orta əsrlərə aid qəbiristanlıqlarda yazılı və naxışlı sənduqələr qalmışdı. Bu kənddə qədim və orta əsrlərə aid pul dəfinələri də tapılmışdır. Zaman-zaman burada arxeoloji ekspedisiyalar aparılır və hər dəfə də alimlər yeni faktların şahidi olurlar. Alimlərin fikrincə bura tarixdə böyük qüdrətli dövlətə məxsus olub ki, torpağın altındakı sirli aləm hələ çox mətləbləri üzə çıxaracaq.[2] Qəbələdə alimlərin axtarış aparmaq imkanları məhdud idi. Burada alimlərin sərbəst fəaliyyəti üçün vaxtilə baza yaradılmışdı. Erməni təcavüzünə məruz qalan vətəndaşlarımız məcburiyyət qarşısında həmin yerə sığınıblar. Bir neçə ildir ki, arxeoloqlar maddi vəsait üzündən işləyə bilmirdilər. Bu məsələdə isə artıq yardımçıları var. SEBA şirkəti, Seul-Bakı Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası onlara arxa çıxıb, burada çalışan alimlərin qayğılarını, ehtiyaclarını təmin edir və onların fəaliyyəti üçün geniş imkanlar yaradır. Bu ictimai təşkilatın üzvləri Azərbaycan EA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşlarına, ərazidə çalışan alimlərə köməyini təklif edib. Bu nəcib və humanist addımdan sonra ekspedisiya üzvləri arxeoloji prosesləri davam etdirməyə müvəffəq olublar.[2] Hazırda ərazidə yeni bazanın tikilməsi planlaşdırılıb. Beynəlxalq tədbirlərin keçirilməsi üçün elmi simpozium zalları, qonaq evləri və eksponatların saxlanması, nümayişi məqsədi ilə xüsusi mühafizə olunan bina layihəsinin inşası nəzərdə tutulur. Koreya alimlərinin də bura gəlişi gözlənilir. SEBA şirkəti bu nadir tapıntıya-Qəbələyə dünya alimlərinin diqqətini ona görə yönəltmək istəyir ki, tarixdə nəhəng dövlət sayılan və müasir arxeoloji tapıntıları ilə tarixçiləri yenidən düşünməyə sövq edən Qədim Albaniya Qafqazın keçmişini açmaqla tarixin yeni səhifərini yazır. O şəhərin varisi olan yeni Qəbələyə isə qədim maddi mədəniyyət abidəsinin tədqiqatı məqsədi ilə dəvət edilən xaricilər bugünkü dağlar qoynundakı müasirliyin şahidi olanda heyrətini gizlətmir, hər iki görkəminə (keçmişi və bugünü) heyran olurlar.[2] Çuxur Qəbələ kəndində 1000 nəfər yaşayır. Burada balıq yetişdirmə müəssisəsi var. Qızıl balıqların artırılması istiqamətində müəssisə işçiləri hər il Xəzərə bu növdə canlılar bəxş edir. Yaxın gələcəkdə müəssisənin genişləndirilməsi nəzərdə tutulur. Onu da qeyd edim ki, dadı ilə bənzərsiz təamı olan təbii dağ çaylarına məxsus farellərinin varlığı da bu torpağın özəlliyidir. Bu kəndin ortasından keçən dupduru göz yaşı kimi çay da (mənbəyi bulaqdan qaynaqlanan təmiz su axır) balıqçılığın inkişafında əsas rol oynayır. Həmin çay boyunca bir çox ailələr balıq üçün hovuzlar tikiblər.[2]

Toponimikası

  • Çuxur Qəbələ oyk, mür. Qəbələ r-nunun Mirzəbəyli i.ə.v.-də kənd. Yaşayış məntəqəsi qədim Qəbələ şəhərinin xarabalıqlarının yaxınlığında çökək yerdə yerləşdiyi üçün Çuxur Qəbələ adlanır. Qədim şəhərin xarabalığı nisbətən yüksəkdədir.[3]

Əhalisi

Həmçinin bax

Xarici keçidlər

İstinadlar

  1. Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
  2. Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
  3. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  4. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.