Çuxanlı (Qobustan)

ÇuxanlıAzərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd.

Çuxanlı
40°36′04″ şm. e. 48°47′39″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 757 nəf.
Çuxanlı xəritədə
Çuxanlı
Çuxanlı

Tarixi

Çuxanlı Qobustan rayonunun kiçik kəndlərindən biridir. Bu kənd öz zəhmətkeşliyi ilə seçilir. Çuxanlı Qobustan rayonunun Təklə inzibati ərazi vahidində kənd. Acıçayın mənbə hissəsində, dağlıq ərazidədir. Çuxanlı tayfasının adı ilə bağlıdır. Etnotoponimdir.[1]

Toponimikası

Kənd Acıçayın mənbə hissəsində, dağlıq ərazidədir. Çuxanlı tayfasının adı ilə bağlıdır. Etnotoponimdir.[2]

Əhalisi

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 850 nəfər əhali yaşayır.[3]Azərbaycanlı tərəkəmələrdən (türkmənlərdən) ibarətdir. 1066-cı ildən etibarən Şirvana gəlmiş oğuzların törəmələridir. 24 oğuz tayfasının hansına mənsub olmaları tam araşdırılmayıb. İkinci dünya müharibəsinə qədər köç həyatı sürmüşlər. Bu səbəbdəndir ki, kənd əhaləsi eyni adlı 2 kənddə məskunlaşıb. Salyan Çuxanlısında Qışlaqda qalan Çuxanlılar, Qobustan Çuxanlısında isə yazlaqda qalan çuxanlılar məskunlaşıblar. Müsəlmandırlar. Məşhur Şirvan aşığı Aşıq Bəylər, Azərbaycan ordusunun bir neçə generalı və yüksək rütbəli zabiti bu tayfadan çıxıb.

İstinadlar

  1. ”Azərbaycan toponimlərinin ensiklopedik lüğəti”. İki cilddə. I cild. Bakı, “Şərq-Qərb”, 2007, səh.204
  2. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.