Çuval
Çuval — Azərbaycanda böyük kisəyə deyilir[1].
Çuvaldan əsasən taxılın saxlanılması üçün istifadə olunur. Xovsuz xalça üsuluyla toxuyurlar, ancaq bəzən xovlu xalça üsuluylada toxunur. Hələ X əsrə qədər muğan çuvalı artıq məlum idi[2].
Tünd qırmızı rəngli çuvalı türkmənlər qızıl çuval adlandırırlar. Qızıl çuval bayram mərasimlərində, toy-düyündə, şənliklərdə istifadə edirlər[3].
İstinadlar
- Azərbaycan dilinin izahlı lüğəti, 4 cilddə. Şərq-Qərb nəşriyyatı. —Bakı, 2006. I cild, səh.502.
- Лятиф Керимов, "Азербайджанский ковер" (Том II). Баку, "Гянджлик", 1983, ст.72. (rus.) (ing.)
- Лятиф Керимов, "Азербайджанский ковер" (Том II). Баку, "Гянджлик", 1983, ст.69. (rus.) (ing.)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.