Çuqinadak

Çuqinadak (ing. Chuginadak Island, aleut. Tanax̂ Angunax̂) — Aleut adaları qrupuna, Dörd Dağ adalarına daxil olan ada.

Çuqinadak adası
ing. Chuginadak Island
Ümumi məlumatlar
Sahəsi 167 km²
Uzunluğu
  • 23 km
Hündür nöqtəsi 1730 m
Əhalisi 0 nəfər (2012-ci il)
Yerləşməsi
52°50′36″ şm. e. 169°49′08″ q. u.
Ölkə  ABŞ
Ştat
Akvatoriya
Çuqinadak adası xəritədə
Çuqinadak adası
Çuqinadak adası
Çuqinadak adası xəritədə
Çuqinadak adası
Çuqinadak adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiya

Adanın sahəsi 167 km²-dir. Adanın uzunluğu 23 km, eni isə 9,7 km-dir. Ən yüksək nöqtəsi dəniz səviyyəsindən 1730 m yüksəklikdədir. Adada dünyanın ən aktiv vulkanlarından biri — Çuqinadakın demək olar ki, yarısını tutan Klivlend vulkanı yerləşir[1]. Vulkanı adanın alçaq şərq hissəsindən dar bir quru zolaq ayırır[2].

Ada tundra bitkiləri, mamırlar, şibyələrlə örtülüdür. Adada soyuq dəniz iqlimi hakimdir, tez-tez duman və yağıntılar müşahidə olunur.

İstinadlar

  1. Astronomy Picture of the Day: "22 June 2010" Arxivləşdirilib 25 iyun 2010 at the Wayback Machine
  2. "Alaska Volcano Observatory — Mount Cleveland". 2022-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-06.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.