Çulumlar
Çulumlar (çulımca Çulımnar (Чулымнар)) - Türk xalqlarından biri. Əsasən Rusiyanın Tomsk vilayəti və Krasnoyarsk diyarında yaşayırlar. Milli cəhətdən xakaslara yaxındırlar.
2002-ci ildə aparılmış siyahıya almaya əsasən Rusiyada 656 nəfər çulum türkü yaşayır.[1]
2010-cu ilin siyahıyaalmasında isə yalnız 355 çulum qeyd olunub.[2]
"Çulum / Çulım" adını çox güman ki Çulım çayından alıblar. Özlərini Ös-kijiler (Öс кижилер) (ös kişilər (insanlar)), Pestın-kijiler (Пестын кижилер) (Bizim kişilər (insanlar)), və rusların tarix boyu türk xalqlarını "tatar" adlandırmalarına görə Tatarlar / Çulım tatar (Татарлар / Чулым татар) adlandırırlar.
Ruslar vaxtı ilə təhqir, alçaltma üçün onları "isaşnıye" (исашные) (əslində "yasaçnıye" (ясачные) sözünün təhrifi), yəni "yasaq ödəyənlər", və ya "aborigenı", yəni "aborigenlər" olaraq adlandırırdılar; Sibirdə bəziləri hələ də belə ifadələrdən istifadə edirlər.[3]
Qaynaq
- "Rusiya Dövlət Statistika Komitəsi : 2002 – ci il siyahıya almasına əsasən azsaylı yerli xalqların sayı və məskunlaşdığı ərazilər". 2006-01-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-05-27.
- "Arxivlənmiş surət". 2021-12-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-02-04.
- "Arxivlənmiş surət". 2021-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-04.