Çubuxlu (Loru)
Çubuxlu, Pakrovka, Kuybışev — Tiflis quberniyasının Borçalı qəzasında,indi Cəlaloğlu (Stepanavan) rayonunda kənd.[2]
kənd | |
Çubuxlu | |
---|---|
41°00′53″ şm. e. 44°17′26″ ş. u. | |
Ölkə | Ermənistan |
Region | Loru mahalı |
Rayon | Cəlaloğlu rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.525 m |
Saat qurşağı | UTC+4 |
Əhalisi | |
Əhalisi |
|
Rəsmi dili | |
| |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
Rayon mərkəzindən 7 km qərbdə yerləşir.Qafqazın 5 verstlik xəritəsində[3] qeyd edilmişdir.
Toponim çubuqlu türk etnonimi[4] əsasında əmələ gəlmişdir. Anadoluda Çubuk və oğulları yaşamışdır. F.Sümər "Çubukun qəti olaraq türkmən olduqların" qeyd edir[5].
Deməli, çubuqlu türk tayfasıdır və indi Ermənistan adlanan ərazidə bu tayfa yaşamışdır. Tayfa öz izini indi Ermənistan adlanan ərazinin bir çox toponimlərində öz izini qoruyub saxlamışdır.Etnotoponimdir.Quruluşca sadə toponimdir.Kəndə ruslar köçürüləndən sonra (1830–40-cı illərdə), 1840-cı ildə adı dəyişdirilib Pakrovka qoyulmuşdur.
Erm SSR AS RH-nin 4.V.1939-cu il fərmanı ilə kəndin adı yenidən dəyişdirilərək inqilabçı V.V.Kuybışevin şərəfinə Kuybışev qoyulmuşdur.
Əhalisi
Kənddə tarixən azərbaycanlılar yaşamışdır. Rayonun ərazisi Rusiya tərəfindən işğal edildikdən sonra buraya XIX əsrin əvvəllərində ruslar köçürülmüşdür.
İstinadlar
- Հայաստանի 2011 թ. մարդահամարի արդյունքները (erm.).
- PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
- Д. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.288
- Məmmədov H. "Dəftəri — müfəssəli əyaləti Tiflis"də yer adları. — Azərbaycan filologiya məsələləri, II bur., Bakı, "Elm", 1984. s.160
- Sümər Faruq. Oğuzlar: tarixləri, boy təşkilat dastanları. Türk dilindən tərcümə edən: Ramiz Əsgər. Bakı: Yazıçı, 1992. ISBN 5560005118. s.148