Çuğundur salatı

Çuğundur salatı — məşhur salat tərəvəzidir. Veneqret, şuba və digər bu kimi klassik salatların əsas inqredienti çuğundurdur. Bildiyimiz kimi bu tərəvəz salatlarda artıq bişirilmiş halda istifadə edilir. Çuğundur gec bişir və bəzi sirləri bilməklə onun bişmə vaxtını 2-3 saatdan 10-45 dəqiqəyə qədər azaltmaq mümkün olar.[1] Çuğundur qara ciyər xəstəliklərində məsləhət görülür. Onun tərkibində olan maddələr damargenişləndirici və sakitləşdirici təsirə malikdir.Çuğundur qan yaradır və tərkibində dəmir və mis var. Qan azlığı və qan damarları xəstəlikləri üçün ən yaxşı tərəvəz sayılır.[2]

Çuğundurun faydalı tərkibi

  • Çuğundurun tərkibi azotlu maddələr və zülalla zəngindir.
  • Onun tərkibində olan qamma amin yağlı turşular beyindəki maddələr mübadiləsinə kömək edir.
  • Çuğundurun tərkibi əvəzedilməz turşularla zəngindir. Bu tərəvəzin tərkibində birləşmiş betain maddəsi, xolin maddəsi var. Xolin qara ciyərin yağlanmasının qarşısını alır.
  • Çuğundurun tərkibində B1, B2, C, karotin maddələri var.
  • Bundan başqa mikro elementlər və mineral maddələrlə də zəngindir: dəmir, marqans, yod, bor, vanadium, molibden, kobalt, ftor, sink və rubidium.
  • 100 qram çuğundurun tərkibində 40 kkal kalori var.

Xarici keçidlər

İstinadlar

  1. "Arxivlənmiş surət". 2016-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-04.
  2. http://olke.az/news/detail/Çuğundurun%5B%5D — faydaları və ziyanı
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.