Çoyr abidəsi

Çoyr abidəsi, Çöyr abidəsi və ya Çoyren abidəsi (ing. The Choir monument) — Monqolustandakı Sansar-Ula dağının cənub ətəklərindəki kurqanlıqda yerləşən, İkinci Göytürk xaqanlığı dövrünə aid məzar daşı olaraq salınmış türkcə abidə.[1]

Çoyr abidəsi
47°55′17″ şm. e. 106°54′46″ ş. u.
Ölkə Monqolustan
Şəhər Ulan-Bator
Yerləşir Ulan-Bator Tarix Muzeyi
Aidiyyatı türk xalqları
Memar Tolun
Tikilmə tarixi 682–691-ci illər
Vəziyyəti zədələnmişdir
KateqoriyaKitabə

682–691-ci illərə aid olduğu düşünülür. Bəzi fikirlərə görə Çöyr abidəsi türklərə aid ən qədim türkcə mətnlər olaraq qəbul edilən Kül tigin, Bilgə xaqanTonyukuk abidələrindən daha qədim olub, türkcənin bilinən ən qədim abidəsidir.[2]

Abidə

Abidə Monqolustanda, Çoyrda yerləşən dəmiryolu xəttinin Dornoqovi stansiyasından 15 km uzaqlıqda olan Sansar təpəliklərində aşkar edilmişdir.

Abidənin hündürlüyü 153 sm, eni isə 39 sm, qalınlığı isə 46 sm olan insan bədəni şəklində bir daşın ön tərəfinə oyulmuş altı sətirdən ibarətdir. Orxon abidələrinin ən cənubda yerləşənidir.[3]

Mütəxəssislərə görə, heykəl daha qədim zamana aiddir və abidə üçün tikili daş olaraq istifadə edilmişdir. Sətirlər insan bədəninin ön qismində, boyunla qarının alt qismi arasında oyulmuşdur. 6 sətirdən 4-ü yuxarıdan aşağı, ikisi isə aşağıdan yuxarıya doğru keçir.

1928-ci ildə əvvəl Jamtsarano Tseeveen və Sendsüren tərəfindən kəşf edilən abidə 1929-cu ildən Ulan-Bator Tarix Muzeyində nümayiş etdirilir.[4] S. E. Malov 1936-cı ildə abidənin mətnini tərcüməsi ilə birgə nəşr etdirmişdir. S. G. Klyaştornyi 1971-ci ildə, O. F. Sertkaya 1998-ci ildə abidənin mətnini yenidən nəşr etdirmişdir. Abidəni həmçinin, 2001 və 2004-cü illərdə qaxazıstanlı alimlər qrupu da tədqiq etmişdir.

Yazılar

Abidə "Tun" titulu daşıyan iki nəfər üçün yaradılmışdır. Bu şəxslər Tun Bilgə və Tun Yəğən Ərkindir. Abidədə bu şəxslərin ölüm tarixi "? ilinin üçüncü ayının yeddinci günü" formasında verilmişdir. İl hissəsi silinmiş olsa da, abidənin İltəriş xaqanın xaqan edilməsinin başlanğıc dövrlərinə, yəni dağınıq və ya Çin suverenliyi altında olan türk tayfalarının İltəriş xaqana qoşulmasının təşviq edildiyi dövrdə tikildiyi güman edilir.[2]

Abidənin məzmunu atlarını və mal-mülklərini buraxıb vəfat edən Tun Bilgə və Tun Yəğən Ərkinin geridə qalanlara İltəriş xaqanın xaqanlığını tanımaları ilə xoşbəxtlik içində yaşayacaqlarını bildirməsindən ibarətdir.

Abidənin yazan və hazırladan Toluq adlı şəxsdir. Abidədəki yazının sonunda özünə uğurlar arzulanmasını istəyir.[2]

Həmçinin bax

İstinadlar

  1. İqor Kormuşin. "Çoyr Runik Kitabesinin Yeni Okuma Yorumlaması Hakkında" (Türkcə). Archived from the original on 2012-12-31.
  2. F.Sema Barutçu Özönder. "Çoyr yazıtı" (Türkcə). 2016 13 oktyabr tarixində arxivləşdirilib (PDF) (#archive_missing_url). (#cite_web_url)
  3. bitig.org. "The Choir Monument" (İngiliscə). 2022-03-30 tarixində arxivləşdirilib.
  4. Mehmet Ölmez. "Türkcenin və Türk dillerinin yaşı konusu" (Türkcə). 2011 12 noyabr. 2016 9 aprel tarixində arxivləşdirilib (PDF) (#archive_missing_url). (#cite_web_url)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.