Çoxtirajlı qəzet
Çoxtirajlı qəzet — Sovet dövründə istehsalat və Ali təhsil müəssisələrində, kolxozlarda nəşr edilən qəzet növü.

"İpəkçi" qəzetinin 1-ci sayının üz səhifəsi.
SSRİ-də ilk fabrik-zavod qəzetləri 1922-1925-ci illərdə çap olunmağa başlamışdı. 1933-cü ildə isə artıq 2734 fabrik-zavod qəzeti çap olunurdu. "Çoxtirajlı qəzet" termininin mənası isə əslində bu deməkdir ki, divar qəzeti çap maşını vasitəsi ilə çox tirajla çap olunur[1]. SSRİ-dövründə Azərbaycan SSR-də nəşr edilən ilk çoxtirajlı qəzetlərdən biri isə indiki Şəki şəhərindəki İpək kombinatının "İpəkçi" qəzeti idi. 1933-cü ildə nəşrə başlayan "İpəkçi" qəzetinin fəaliyyəti hal-hazırda da davam edir.
İstinadlar
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.