Çoxoyunçulu onlayn döyüş arenası
Çoxoyunçulu onlayn döyüş arenası və ya MOBA (Abr: Multiplayer Online Battle Arena) real vaxt rejimində strategiya əsasında olan videooyun növüdür . Adətən beş nəfərdən ibarət olan iki fərqli komandanın üç əsas yoldan ibarət olan xəritədə rəqib komandanın enerji mənbələrini məhv etməyi hədəfləyir. Bu videooyun janrı əvvəlcə Starcraft oyununun xüsusi hazırlanmış Aeon of Strife rejimi ilə istifadə edilmiş, sonra isə ən mühüm nümunəsi olan Defense of the Ancients tərəfindən istifadə edilmişdir. Bəzi MOBA tipli videooyunlara nümunə olaraq Defence of the Ancients, League of Legends, Dota 2, Smite, Heroes of the Storm və Heroes of Newerth kimi oyunları göstərmək mümkündür.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.