Çornı peredel
Çornı peredel (rus. Чёрный передел) — Peterburqda inqilabi xalqçı təşkilatı (1879-1882). "Zemlya i volya"nın parçalanmasından sonra yaranmış və onun proqramını saxlamışdı (siyasi mübarizənin və terrorun inkarı, fəhlələr arasında təbliğat).
Çornı peredel | |
---|---|
Чёрный переде́л | |
Yaranma tarixi | avqust 1879 |
Ləğvolma tarixi | 1881 |
Vikianbarda əlaqəli mediafayllar |
Peterburqda Mərkəzi dərnəyin təşkilatçıları G.V.Plexanov, L.İ.Akselrod, V.İ.Zasuliç və başqaları idilər. Moskva, Kiyev, Odessa və Xarkovda dərnəyin filialları fəaliyyət göstərirdi. Təşkilat "Çornı peredel" jurnalını, "Zerno" qəzetini nəşr edirdi. 1880-ci ildə təşkilatın liderləri mühacirətə getdilər. Təşkilatın mərkəzi Moskvaya keçdi. 1880-1881-ci illərdə keçirilən həbslərdən sonra "Çornı peredel" zəiflədi və fəaliyyətini dayandırdı. Üzvlərindən bir hissəi "Narodnaya volya"ya daxil oldu. Lakin bəzi çornıperedelçi dərnəkləri 1880-ci illərin ortalarınadək fəaliyyət göstərmişdir.
G.V.Plexanov başda olmaqla bir qrup keçmiş çornıperedelçi xalqçılıqla əlaqəni kəsərək marksizm mövqeyinə keçdi və 1883-cü ildə Cenevrədə "Əmək azadlığı" qrupunu yaratdı.
Mənbə
- "Чорны передел" // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. X ҹилд: Фрост—Шүштәр. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1987. С. 372.