Çorman (Laçın)

ÇormanAzərbaycan Respublikasının Laçın rayonu Şamkənd kənd inzibati ərazi dairəsində kənd.[1]

Çorman
39°51′36″ şm. e. 46°26′56″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Çorman xəritədə
Çorman
Çorman

Etimologiyası

Laçın rayonunun Şamkənd inzibati ərazi vahidində olan kənd Qarabağ silsiləsinin ətəyindədir. Oykonimin türk mənşəli orman (meşə) sözünün variantı olduğu ehtimal edilir. Bəzi tədqiqatçılara görə, Çorman emotoponimdir, çor tayfasının adını əks etdirir[2].

El arasında Çorman adlanan bu yaşayış məntəqəsi müəyyən vaxtlarda müxtəlif adlarla adlandırılırdı. Yuxarı Çorman, Təzə Çorman kimi daha çox məşhur olan kənd adından da göründüyü kimi ərazidə bu adda ikinci bir kəndin olduğuna işarə edilir.[3]

Tarixi

Çorman kəndinin ərazisi 1747-ci ildən Qaraçorlu mahalının[4], 1840-cı ildən Şuşa qəzasının Zəngəzur sahəsinin[5], 1867-ci ildə Zəngəzur qəzasının[6] tərkibində mövcud olmuşdur. 28 may 1918-ci ildən 28 aprel 1920-ci ilə qədər Azərbaycan Xalq Cümhuriyyətinin Zəngəzur qəzasına daxil olmuşdur[7].

Cümhuriyyətin süquta uğramasından və bolşeviklərin işğalına məruz qalmasından sonra Azərbaycan SSR-nin Zəngəzur qəzasının, 1923-cü ilin iyulunda Yelizavetpol quberniyasının CavanşirZəngəzur qəzalarının bir hissəsində təsis edilmiş Kürdüstan mahalının (sonradan qəza) tərkibində olmuşdur[8]. 8 aprel 1929-cu ildə Kürdüstan qəzası ləğv edildir və yeni yaradılmış Laçın rayonunun tərkibinə daxil edilmişdir.[9]

1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmiş[10] və işğalçılar tərəfindən bütün yaşayış, sosial və təsərrüfat təyinatlı tikililər tamamilə yandırılmış və dağıdılmışdır[11]. 2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.[12]

Əhalisi

Bəzi mənbələrdə kənd əhalisinin kürd əsilli olması qeyd edilsə də [13][14] aparılan dəqiq araşdırmalar nəticəsində bu məlumatın kökündən yanlış olduğu ortaya çıxmışdır[15] [16] [17]. Kənd sakinlərindən bir nəfərdə olsun kürd dilində bilmirdi[18]. Kəndin binasını qoyan və sonralar da kənddə yaşayan əhali azərbaycan türkləri olmuşdur[19].

2006-cı ilin statstikasına görə kəndin əhali sayı 250 nəfər olmuşdur.

2009-cu il dekabr ayına olan məlumata əsasən kənd sakinlərinin sayı 332 nəfər (85 ailə), 2015-ci ilin yanvar ayında aparılan siyahıyaalma zamanı isə kənd sakinlərinin sayı 345 nəfərdir (93 ailə).[20]

İqtisadiyyatı

Əsas təsərrüfatı heyvandarlıq idi.

İstinadlar

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Çorman (Laçın) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. səh. 201. ISBN 978-9952-34-155-3.
  3. Sultan Hümbətov. "Çorman kəndi". "Laçın yurdu". №2(17) ("Bəxtiyar-4" nəşriyyatı). 2015: səh. 23. (#accessdate_missing_url)
  4. Milman A. Politiçeskiy stroy Azerbaydjana v XIX-naçale XX vekov (adminstrativnıy apparat I sud, formı I metodıkolonialnoqo upravleniya). Baku. 1966. səh. 44.
  5. Полное собрание законов Российской империи, собрание 2-е, т. XV, ст. 13368
  6. Полное собрание законов Российской империи, собрание 2-е, т. XLII, ч. 2, ст. 45259
  7. "Cümhuriyyət: Tiflisdən Bakıya gedən yol". metbuat.az. Cavid Cabbaroğlu. 11 iyun 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 iyun 2023.
  8. Из протокола заседания Президиума ЦК АКП (б). 30 июля 1923 г. ПААФ ИМЛ. Ф. 1. On. 74. Д. 133. Л. 3 об.
  9. Азербайджанская ССР. Административно-территориальное деление на 1 января 1977 года (4-е изд.). Баку: Азербайджанское гос. изд-во. 1979. 7.
  10. Vendik, Yuri. "Армяне оставляют Лачин, несмотря на конец войны в Карабахе и прибытие российских миротворцев". BBC Russian Service (rus). 17 November 2020. 16 January 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 December 2020.
  11. Sultan Hümbətov. "Çorman kəndi". "Laçın yurdu". №2(17) ("Bəxtiyar-4" nəşriyyatı). 2015: səh. 23. (#accessdate_missing_url)
  12. "Azərbaycan Müdafiə Nazirliyi Laçında dövlət bayrağının asılması barədə video yayıb". BBC Azerbaijani Service (az.). 1 December 2020. 30 August 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 December 2020.
  13. Arxivləşdirilib 2023-05-26 at the Wayback Machine Г. Гейбуллаев. Топонимия Азербайджана. Баку — Элм — 1986. səh.58
  14. Аламдар Шахвердиев. Азербайджанские курды (PDF) // Международный Азербайджанский Журнал IRS-Наследие (rus). 40—41.
  15. Лятиф Керимов. Азербайджанский ковёр. Том III. III. Тип Карабах. Баку: «Гянджлик». 1983. səh. 221.
  16. Əli Umud oğlu Əliyev. Laçın-Qədim Oğuz yurdu. Bakı: Avropa. 2009. səh. 35. ISBN 4702060103.
  17. Sultan Hümbətov. "Qasımuşağı tayfası". "Laçın yurdu". №3(10) ("Bəxtiyar-4" nəşriyyatı). 28.06.2013: səh. 31. (#accessdate_missing_url)
  18. "Курдистанский уезд (перепись 1926 года)">Ethno-Caucasus, Этнодемография Кавказа :Курдистанский уезд (перепись 1926 года) Arxivləşdirilib 2020-08-23 at the Wayback Machine
  19. Sultan Hümbətov. "Qasımuşağı tayfası". "Laçın yurdu". №3(10) ("Bəxtiyar-4" nəşriyyatı). 28.06.2013: səh. 31. (#accessdate_missing_url)
  20. Sultan Hümbətov. "Çorman kəndi". "Laçın yurdu". №2(17) ("Bəxtiyar-4" nəşriyyatı). 2015: səh. 25. (#accessdate_missing_url)
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.