Çopuryal dağı

Çopuryal dağıCulfa rayonu ərazisində dağ (hünd. 929,8 m). Naxçıvan dağarası çökəkliyinin cənub-şərqində, Çeşməbasar kəndindən 5 km şimal-qərbdədir. Orta Miosenin Karaqan regiomərtəbəsinə aid Payız lay dəstəsinin üfüqi yatan qumlu-gilli çöküntülərindən təşkil olunmuş maili yüksəklikdir. Zirvə hissəsi və şimal-qərb yamacı Orta Pleystosenin allüvial-prolüvial çöküntüləri ilə örtülmüşdür. Tektonik cəhətdən Ordubad qarılma zonasının Paradaş seqmentinin cənub-qərb cinahında müşahidə edilən Darıdağ antiklinalının Naxçıvan qoyulma çökəkliyinin hüdudlarına izlənilən şimal-qərb periklinal hissəsinin  Orta Pleystosen törəmələrilə əhatə olunmuş maili şimal-şərq qanadının erozion  qalığına cavab verir.

Çopuryal dağı
Ümumi məlumatlar
Dağ sistemi Kiçik Qafqaz
Mütləq hündürlüyü 929,8 m
Yerləşməsi
Ölkə  Azərbaycan
Rayon

CABRIYAL DAĞl – Culfa rayonu ərazisində Çopuryal dağının yerli əhali arasında işlədilən başqa adı.[1]

İstinadlar

  1. Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.