Çomaxtur

ÇomaxturAzərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Çomaxtur kəndi Yengicə kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Çomaxtur kənd inzibati ərazi dairəsi yaradılmışdır.[1]

Çomaxtur
39°31′50″ şm. e. 44°58′09″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 3.501 nəf. (2009)
Çomaxtur xəritədə
Çomaxtur
Çomaxtur

Toponimikası

Düzənlikdədir.Çomaxdur, Çamaxtur variantlarında da qeydə alınmışdır. Güman ki, əsli Çamaxdar olan bu oykonim "şadaraçı" deməkdir.[2]

Coğrafiyası və iqlimi

Çomaxtur kəndi Sərur düzündə yerləşən kəndlərdəndir. İqlimi Naxşıvanın digər ərazilərinin iqlimi kimi kəskin kontinentaldır: yayı isti və quraq, qışı soyuq və orta qarlıdır. Ən yüksək tempratur, yayda günorta müsbət 45°-48°-yə, qışda gecə mənfi 35°-40°-yə qədər yüksəlir.

Torpaqı çox məhsuldardır. Əksər bitkilərin yetişməsinə imkan verir. Əkinçilik tamamilə suvarmaya əsaslanır. Arpaçayından ayrılıb gələn kanallar suvarmada əsas yer tutur.

Əhalisi

Əhalisi 2009-cu ildə 3501 nəfər olmuşdur[3]

Tanınmışları

İstinadlar

  1. "Naxçıvan Muxtar Respublikası şəhər və rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-29.
  2. "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007.
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.