Çoban Məhəmməd

Çoban Məhəmməd (1857, Ağkilsə, Yeni Bəyazid qəzası1937, Ağkilsə, Basarkeçər rayonu) — şair, ustad aşıq.[1]

Çoban Məhəmməd
Məhəmməd Alməmməd oğlu
Doğum adı Məhəmməd
Təxəllüsləri Çoban, Şair
Doğum tarixi 1857
Doğum yeri
Vəfat tarixi 1937
Vəfat yeri
Dəfn yeri
Milliyyəti Türk
Uşağı Həsən
Atası Alməmməd
Fəaliyyəti şairlik
Əsərlərinin dili Azərbaycan
Vikimənbənin loqosu Çoban Məhəmməd Vikimənbədə

Həyatı

Aşıq Məhəmməd Alməmməd oğlu 1857-ci ildə Göyçə mahalının Ağkilsə kəndində doğulmuşdur.[2][3]

Aşıq Ələsgərin qardaşıdır. Ömrünün çox hissəsini təsərrüfat işlərində, xüsusən də çobançılıqda keçirsə də, o, el arasında Şair Məhəmməd, bəzən də Çoban Məhəmməd kimi tanınıb.

Onun bədahətən şeir demək qabiliyyəti, yaxşı hafizəsi varmış.

Yaradıcılığı

Ailələrində babası da, atası da, qardaşları da şer yazdıqlarından bəzən onların sənət nümunələrini biri-birindən fərqləndirmək çətinlik törətsə də, Şair Məhəmmədin şeirlərində Göyçə yaylaqlarının abı-havası duyulur. Yaylaqlarda, eldəobada baş verən hadisələr onun gözündən yayınmamış, böyük sənətkarlıqla onları nəzmə çəkmişdir. Milli qırğın vaxtı dədə-baba yurdunu tərk edib Kəlbəcərə köçməli olan Məhəmməd zamanın ağır sınaqlarını "Fələk" rədifli şikayətnaməsində təfsilatı ilə təsvir edə bilmişdir. İngilis silahı ilə silahlanan erməni millətçilərinin qəddarcasına Göyçəyə divan tutması, mahalda törədilən qırğınlar, qaçanların dağlarda borana düşüb qırılması tarixi bir sənəd nümunəsidir:

İngilisdən gələn şalon,
Göyçəni qoydu viran.
Öləni öldü, qaçanı
Dağlarda düşdü borana.
Ac qaldı, uşaq ağlaşdı,
Hamı yön tutdu arana.
Çiynimizə xurcun verdin,
Döndərdin hammala, fələk.

Şair Məhəmməd "Məhəmməd və gürcü ğızı", "Məhəmmədin Qars səfəri", "Məhəmmədin Çələbiyan səfəri" və "Məhəmmədin Yalanbol vilayətinə səfəri" kimi bir neçə dastanı aşıqların dilində məclislərdə söylənilmişdir.

Şəcərəsi

İstinadlar

  1. Vahid, T. Çoban Məhəmmədin müdriklik dünyası: [Aşıq Ələsgərin qardaşı Aşıq Məhəmməd haqqında] //Mədəniyyət.- 2012.- 15 avqust.- S. 14.
  2. "Sazlı-sözlü Göyçə (II kitab)" (PDF) (az.). Elm və təhsil. 2018. 2018-06-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-01.
  3. Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. Archived from the original on 2023-06-16. İstifadə tarixi: 17 iyun 2023.

Həmçinin bax

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.