Çoban Əfqan
Çoban Əfqan (Ələkbər Namazov, 1866–1924) — Azərbaycan aşığı.[1]
Çoban Əfqan | |
---|---|
Ələkbər Namazov | |
Doğum tarixi | |
Doğum yeri | Qıraq Kəsəmən, Qazax |
Vəfat tarixi | |
Fəaliyyəti | şair |
Həyatı
Ələkbər Namazov 1866-cı ildə Qazax qəzasının Qıraq Kəsəmən kəndində anadan olmuşdur.[2]
Çox yoxsul həyat keçirən Çoban Əfqan kiçik yaşlarından varlıların mal-qoyununu otarmış, onlara muzdurluq eləmişdir.
Çoban Əfqan 1924-cü ildə vəfat edib.[3]
Yaradıcılığı
Şübhəsiz Qazax və Tovuz mahalının məclisləri, el şənlikləri, tanınmış ustad aşıqların – Şəmkirli Hüseynin, Ələsgərin, Bozalqanlı Hüseynin, Şikəstə Qəhrəmanın dərin məzmunlu şeirləri, ustadnamələri Çoban Əfqanın qəlbinə yol tapmış, könüldən keçən duyğuları söyləməyə sövq etmişdir. Fitri istedadı olan Çoban Əfqan dadlı-duzlu şeirləri ilə məzmunlu, yeni ruhlu şeirləri geniş yayılmışdır. Bu qəbil şeirlərindən o, həyatın çox ağır məqamlarını, özünün keçdiyi çətin, dözülməz muzdurluq həyatını, ehtiyac içərisində yaşadığı anları yeni-yeni bədii ifadələrlə qələmə almışdır.
Ləzzət çəkin, kef də sürün a bəylər,
sizə qulluq edən ac inciməzmi?
Sizin evinizdə buğda çörəyi,
bizdə darı bişir, sac inciməzmi?
Çoban Əfqanın ikinci qism şeirləri ənənəvi məhəbbət lirikasıdır. Bu qəbil şeirlərində də şair özgün yeni ifadə formaları tapır. Həm də o, Kərəm və Məcnun yanğısından daha çox qarşılıqlı real həyat sevgisini təsvir və tərənnüm edir…
Mənbə
- Azərbaycan aşıqları və el şairləri II, Bakı, 1984, s. 98-108.
İstinadlar
- Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr) Arxivləşdirilib 2017-05-17 at the Wayback Machine, Bakı, 2004.
- "Qazaxdadır", "Çaşıoğlu" nəşriyyatı, B.2007, səh.: 537-538
- Nəriman Həsənzadə. Seçilmiş əsərləri. 7 cilddə. 7-ci cild. Arxivləşdirilib 2022-03-20 at the Wayback Machine Bakı, "Prometey", 2014.