Ço-Oyu

Ço-Oyu[2], Çovovuyaq[3], Ço-Oy[4] (tib. ཇོ་བོ་དབུ་ཡག; çin. 卓奧友峰) — Himalayda dağ zirvəsi. Ço-Oyu dağının dəniz səviyyəsindən hündürlüyü 8188 metrdir. O səkkizminliklər içərisində altıncı hündür zirvədir. Tibet dilində Ço-Oyu "firuzəyi ilahə" deməkdir[5].

Ço-Oyu
tib. ཇོ་བོ་དབུ་ཡག, çin. 卓奥友峰
Ço-Oyu dağının Nepalın Qokio kəndindən görünüşü.
Ço-Oyu dağının Nepalın Qokio kəndindən görünüşü.
Ümumi məlumatlar
Dağ sistemi Himalay
Dağ silsiləsi Mahalanqur-Himal
Mütləq hündürlüyü 8188[1]
Nisbi hündürlüyü 2344 m
İlk fəthi 19 oktyabr 1954-cü il (Cozef Joçler, Herbert Tiçi, Pasanq Dava Lama.)
Yerləşməsi
28°05′39″ şm. e. 86°39′39″ ş. u.
Ölkələr
Region
Ço-Oyu xəritədə
Ço-Oyu
Ço-Oyu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiyası

Ço-Oyu dağı Nepalla Çinin (Tibet Muxtar Vilayəti) sərhəddində yerləşir. Zirvə Himalaya aid olub Mahalanqur-Himal dağ silsiləsində daxildir. Ümumən bu silsilə Comolunqma dağ massivinin tərkibinə aiddir. Ço-Oyu dağının hündürlüyü 8201 metr olub dünyada altıncı hündür dağdır.

Ço-Oyu dağından bir neçə kilometr qərbdə Nanqpa-La aşırımı (5716 m) yerləşir. Aşırım buzla ilə örtülüdür. Bu aşırımdan şerplərin Tibetlə olan əsas ticarət yolu keçir. Bu özəlliyə görə Ço-Oya zirvəsi alpinistlərə görə ən asan fəth edilən səkkizminliklərdəndir[6]. Ço-Oyu dağı ölüm hadisələrinə görə çox az əmsala malikdir.[7] Zirvəyə əsasən Tibet ərazisindən dırmanırlar. Nepal ərazisindən, əsasən cənub divarından zirvəyə dırmanmaq daha çətindir. Bu istiqamətdən zirvəni fəth etmək tək-tük alpinistlərə qismət olmuş. Ço-Oya zirvəsi Nepalın Saqarmatha Milli parkına aiddir. İlkin ölçmələr nəticəsində Ço-Oyu dünyanın yeddinci hündür zirvəsi hesab edilirdi (8150 m). 1996-cı ildə həyata keçirilə yeni ölçmə işləri nəticəsində hündürlük 8188 metr müəyyən edilmiş[8].

Fəth olunma tarixi

2016-cı ilə qədər Ço-Oyu dağına 15 fərqli marşrut mövcud idi.[9]

1952-ci ildə Edmund Hillari ərazidə ilk kəşfiyyat işlərini həyata keçirmiş. 1954-cü ildə isə zirvənin ilk fəthi baş tutdu. 19 oktyabrda avstriya ekspedisiyasının üzvləri Cozef Joçer, Herbet Tiçi və şerp Pasanq Dava Lama zirvəyə dırmana bilmişlər. 1958-ci ildə Pasanq Dava hindistandan olan ekspedisiya ilə yenidən zirvəyə dırmanmış. Bu ekspedisiya zamanı ilk alpinist ölümü qeydə alındı. 1978-ci ildə avstriyalı alpinistlər çətin cənub-şərq divarı üzrə zirvəyə dırmanmağa bacarmışlar. Raynhold Messner dördüncü cəhtdən sonra zirvəni fəth edə bilmiş. 1984-cü ildə çexoslavakiyadan olan ilk qadın alpinist: Dina Şterbova və Vera Komarkova zirvəyə dırmanmış. İlk qış dırmanışı 1985-ci il 12 fevralda baş tutmuşdur. 2014-cü ildə 16 yaşlı amerikalı alpinist Mettyu Monis ən gənc alpinist kimi zirvəni fəth etmişdir.[10]1994-cü ildə ilk solo (təkbaşına) dırmanışı yapon Yasusi Yamanoy həyata keçirmiş. O Ço-Oyunın zirvəsinə cənub-qərb divarında dırmanmış

İstinadlar

  1. "Peakbagger.com". 2012-11-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-22.
  2. Географическая энциклопедия. "Чо-Ойю́". Slovariki 2.0. 2016-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-22.
  3. "БРЭ". 2016-12-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-22.
  4. "Топокарты Генштаба". 2016-12-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-22.
  5. "NASA Earth Observatory: Cho Oyu". NASA. 2018. 2022-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-25.
  6. "Arxivlənmiş surət". 2018-09-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-25.
  7. "Arxivlənmiş surət". 2017-12-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-25.
  8. "2886 15 Pasan Lhamu Chuli map". 2016-09-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-25.
  9. "Чо-Ойю. Все маршруты восхождения на шестой по высоте восьмитысячник мира - 4sport.ua". 4sport.ua. 2016-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-31.
  10. ""16-и летний американец Мэтт Мониц стал самым молодым в мире альпинистом на вершине Чо-Ойю!"". 2014-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-25.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.