Çoğa Zənbil

Çoğa Zənbil — (farsca: چغازنبيل), Elam dilində "Dur-Untaş", İranın Xuzistan ostanı, Şuş şəhərinin 45 km cənubunda, Şuş-Yəzd yolunun kənarında, tarixi "Yeddi Təpə" məntəqəsinə yaxın bir ərazidə yerləşir. Xüsusən orta Elam dönəminə (e.ə. 1500-1000) aid tarixi yerdir.

Çoğa Zənbil
Dur-Untaş
32°00′30″ şm. e. 48°31′15″ ş. u.
Ölkə  İran
Şəhər Şuş
Yerləşir Xuzistan ostanı[1]
Tikilmə tarixi E.ə. 1500-1000əsr
Rəsmi sayt choghazanbil.ir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Çoğa Zənbil məbədi Dur-Untaş şəhərinin qalıqlarındandır. Bu ibadətgah Elam şahı Untaş Qal(e.ə.1250-ci il) tərəfindən Şuş şəhərinin qoruyucusu olan ilahə İzəd İnşuşinaka ibadət məqsədilə tikilib. Əvvəllər məbədin hündürlüyü 52 metr olub. 5 mərtəbəli olan məbədin günümüzə yalnız iki mərtəbəsi gəlib çatıb və hazırda məbədin hündürlüyü 25 metrdir. Çoğa Zənbil yerli kəlmə olaraq "Çoğa"(lor dilində təpə deməkdir) və "Zənbil"(səbət) kəlmələrinin birləşməsindən yaranıb və məbədin yerləşdiyi təpəyə aid edilir ki, tərsinə çevrilmiş səbəti xatırladır. Bu məkan arxeoloqlar tərəfindən "Dur-Untaş" olaraq adlandırılır və "Dej-Untaş"(Untaş Qalası) mənasındadır. Untaş Qal Elam şahı olub və bu məbədin tikilməsinə o göstəriş verib. Çoğa Zənbil Dur-Untaş şəhərinin mərkəzində və ən hündür nöqtəsində yerləşibmiş.

640-cı ildə Assuriya kralı Aşşurbanipal tərəfindən dağıdılmışdır.

Memarlıq

Çox sağlam olan zikkurat, Mesopotamiya bölgəsindən kənarda yerləşən az zigguratlardan biridir. Eyni zamanda dünyanın ən yaxşı qorunub saxlanmış zikkuratlarından biridir. Abidə çiy palçıqdan inşa edilib və üzərinə kərpic üzlük çəkilib. Zikkurat 102 mt genişliyində və 24 mt yüksəklikdə olan kvadrat hövzəyə malikdir. Zikkuratın gerçək hündürlüyü isə, bunun iki hüdrülüyü qədər olduğu güman edilir.

Arxeoloji tədqiqatlar

Çoğa Zənbil 1951-1961 illəri arasında keçirilən altı mövsümlük qazıntı işləri nəticəsində Roman Qirşmanın başçılıq etdiyi nümayəndə heyəti tərəfindən aşkar edilmişdir. Qazıntılar zamanı böyük bir möhür və müxtəlif növ kiçik əşyalar aşkarlanmışdır. 1979-cu ildə YUNESKO tərəfindən Ümumdünya irsi siyahısına daxil edilib.

Mənbə

  1. Wiki Loves Monuments monuments database. 2017.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.