Çju Yuançjan

Çju Yuançjan (29 oktyabr 1328[1][2][…], Fenyan[d]24 iyun 1398[3][2][…], Nankin) — 1368-1398-ci illərdə Min imperiyasının ilk imperatoru.

Çju Yuançjan
çin. 朱興宗
çin. 朱重八
çin. 朱元璋
çin. 洪武帝
Çin imperatoru[d] (Min sülaləsi)
23 yanvar 1368 24 iyun 1398
ƏvvəlkiTogon Teymur
Şəxsi məlumatlar
Doğum adı Chongba
Doğum tarixi 29 oktyabr 1328[1][2][…]
Doğum yeri
Vəfat tarixi 24 iyun 1398[3][2][…] (69 yaşında)
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti rəhbər[d]
Dini buddizm
Rütbəsi Admiral, general[4]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1351-1368-ci illərdə monqollora qarşı baş qaldırmış Qırmızısarıqlılar üsyanının rəhbərlərindən biri olmuş, 1368-ci ildə monqolları hakimiyyətdən devrirərək Nankində özünü imperator elan etmiş və Min imperiyasının əsasını qoymuşdur.

İslahatları

Çju Yuançyan hakimiyyətə gəldikdən sonra bir sıra tədbirlər həyata keçirdi. Monqollara və onlara xidmət edəb yerli feodallara məxsus torpaqlar dövlət mülkiyyəti elan edildi. Əhali və bütün torpaqların siyahıyaalması keçirildi. Torpaqların bir qismi kəndlilərin, qalanı isə xəzinənin ixtiyarına keçdi. Kəndlilər üzərinə qoyulmuş vergi və mükəlləfiyyətlər azaldıldı. Sənətkarlar və tacirlər üzərinə qoyulmuş tamğa vergisi ləğv olundu. 1375-ci ildə pul islahatı keçirildi və yeni kağız pullar dövriyyəyə buraxıldı. Çju Yuançjanın bu tədbirləri XIV-XV əsrlərdə Çin iqtisadiyyatının inkişafına şərait yaratdı, Min imperiyasında güclü idarəçilik aparatı və ordu yaradıldı.

İstinadlar

  1. Tsai S. H. Perpetual Happiness: The Ming Emperor Yongle (ing.). University of Washington Press. P. 21. ISBN 978-0-295-98109-3
  2. Chan D. B. Hongwu // Encyclopædia Britannica (ing.).
  3. Tsai S. H. Perpetual Happiness: The Ming Emperor Yongle (ing.). University of Washington Press. P. 57. ISBN 978-0-295-98109-3
  4. https://www.britannica.com/biography/Hongwu.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.