Çiy küftə
Çiy küftə — Türk mətbəxində yemək, Türkiyənin Urfa bölgəsində çox yayılıb. Urfadan kənarda Türkiyənin Adıyaman, Qaziantəp, Diyarbəkir, Mardin, Adana bölgələrində bir qədər fərqliliklə hazırlanır. Çiy küftə içindəki yarmanın şişməsi nəzərə alınaraq tez yeyilməlidir.
Çiy küftədə çiy ət olduğundan Türkiyə Səhiyyə Nazirliyi onun hazırlanmasını qadağan etmişdir.
Çiy küftənin ilk dəfə İbrahim peyğəmbərin anası tərəfindən, qıtlıq dövründə yarma və ceyran ətini daşla döyərək hazırlandığına inanılır.
Hazırlanması
Hazırlanması : Əvvəlcə yarma, qıyılmış ət ya da yağda qızardılmış yumurta, sous, soğan, cəfəri və ədviyyatlar bir yerdə qarışdırılır. Kahı yarpağı ilə birlikdə Urfa ev çörəyi ilə yeyilir.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.