Çiriş (Qafan)
Çiriş — Ermənistan Respublikasının cənubunda Sünik mərzində keçmiş Qafan rayonu ərazisində mövcud olmuş azərbaycanlılar yaşamış kənd.
Tarixi Zəngəzur mahalı əraziləri | |
Çiriş | |
---|---|
Ümumi məlumatlar | |
Ölkə | Ermənistan |
Bölgə |
Mərz: Sünik mərzi Rayon: Qafan rayonu (1930-1995) |
İnzibati mərkəz | Qafan |
Saat qurşağı | |
Xəritədə yeri | |
|
Kənd Qafan şəhərindən 32 km şimal-qərbdə, Kurud kəndindən isə 2 km cənub-şərqdə, dağ ətəyində yerləşir.[1]
Ümumi məlumat
Kənddə 1897-ci ildə 27 nəfər, 1922-ci ildə 73 nəfər, 1926-cı ildə 79 nəfər, 1931-ci ildə 95 nəfər azərbaycanlı yaşamışdır.[2]
1918-ci il qaçqınlığından sonra əhalisinin bir hissəsi geri qayıdan Çiriş kəndi 1939-cu ildə qonşu Kurud kəndi ilə birgə təşkil edilən kolxozda birləşdi. 1965-ci ildə Çirişin də daxil olduğu Kurud kolxozu Gığı heyvandarlıq sovxozuna birləşdirildi.
50-ci illərdə Kurud və Kirs kəndlərinə köçən Çiriş əhalisi 1988-ci ildə Ermənistandan digər azərbaycanlılar kimi deportasiya olundular. Çirişlilər hal-hazırda əsasən Abşeron rayonunda məskunlaşıblar.[3]
Rəsmi siyahıyaalınma ili və müvafiq sayımların yekunlarına əsasən əhalinin sayı | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
1897-ci il | 1922-ci il | 1926-cı il | 1931-ci il | 1970-ci il | ||||||||
Çiriş | 27 | 73 | 79 | 95 | 0 | |||||||
Adı
Toponim asfodelinakimilər fəsiləsinə aid bitki cinsi olan çirişin adı əsasında əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca sadə toponimdir.[4]
Xarici keçidlər
İstinadlar
- Musa Urud: «Zəngəzur», Bakı, "Nurlar", 2005. Arxivləşdirilib 2012-07-25 at the Wayback Machine: «Düzəliş-Əlavə» hissəsi
- Musa Urud: «Zəngəzur», Bakı, "Nurlar", 2005.: «Düzəliş-Əlavə» hissəsi
- Musa Urud: «Zəngəzur», Bakı, "Nurlar", 2005.: «Düzəliş-Əlavə» hissəsi
- İbrahim Bayramov: «Qərbi Azərbaycanın türk mənşəli toponimləri», Bakı, "Elm", 2002.