Çirçik çayı

Çirçik çayı (özb. Chirchiq) — Özbəkistanın Daşkənd vilayəti ərazusindən axan, Sırdəryanın ən gursulu qolunu təşkil edən çay.

Çirçik çayı
özb. Chirchiq
Ölkə  Özbəkistan
Mənbəyi İki çayın birləşməsi
  Yüksəkliyi 745,6 m
Mənsəbi Sırdərya
  Yüksəkliyi 253 m
Uzunluğu 155 km
Su sərfi 221 m³/s
Su hövzəsi 14900
Hövzəsinin sahəsi 14.240 km²
Çirçik çayı (Özbəkistan)
mənbəyi
mənsəbi
Çirçik çayı Özbəkistanın fiziki xəritəsində:

41°37′43″ şm. e. 69°57′53″ ş. u.

40°53′58″ şm. e. 68°42′31″ ş. u.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adının etimslogiyası

Çirçik hidronimi öz növbəsində kiçildici xüsusiyyət daşıyır. Çir sözü burada Sırdəryada olan Sır kompanenti ilə əlaqədardır. Ümumilikdə götürdükdə isə Çirçik sözü «Kiçik Sır (dərya)»[1] mənasını verir. Çir çayının adı Baburnamə şeyrlər toplusunda çəkilir. Bu əsəs təqribi olaraq eylə 1518/19—1530 illərdə yazılmışdır. Son yüz illiklərdə isə çayın hazırkı, hidronimi yazılır.

Orta əsrlərdə ərəblər Çirçik çayını Nehri-Türk yəni «türklərin çayı» və ya Parak (Farak) — «istiqamətlənmiş, uçan (çay)»[1] olaraq adlandırırdılar.

XX əsr

Ümumi məlumat

Çayın uzunluğ 155 km, hövzəsinin sahəsi 14,9 min. km² təşkil edir. Çirçik ÇatkalPskem çaylarının birləşməsindən meydana gəlir. Yuxarı axarlarda çay dərin iri kanyondan axır. Aşağı axarlarda isə relyef xüsusiyyətlərinə uyğun şəkildə öz formasınl meydana gətirir. Qidalanması qarışıqdır. Bununla belə qar sularının böyük əhəmiyyəti vardır. Orta axarlarda çayın axın sürəti 221 m³/san təşkil edir. Çay noyabrdan marta qədər buzla örtülü olur. Çay öz başlanğıcını 745,6 metr yüksəklikdən götürür. Mənsəbi isə 253 meyrlikdə yerləşir.

Çayın axarı

Çayın yuxarı axarında Çarvak su anbarı yerləşir. Onun önündə isə eyni adlı SES qərarlaşır. Aşağlda isə Qəzəlkənd su qovşağı vardır. Çirçikdən sağ istiqamətdə Derivasion kanalı axır. Ondan saniyıdə 310 m³ su keçir. Onun üzərində Çirçik-Bozsu kaskad SES vardır. Yuvarı axar su ayrıcısından isə Solsahil Qarasu kanalı keçir. Kanalın su ötürmə qabiliyyəti 180 km³/s-dir[2]. Aşağı axarda isə Çirçik digər kanalları qidalandırır.

Çayın axdığı vadi boyunca Qəzəlkənd, Çirçik, Daşkənd şəhərləri; həmcinin Çarvak, İsləndərAlmazar qəsəbələri yerləmir.

Çirçik çayınln qolları

Çirçik beş qol qəbul edir. Onların hamısı yuxarı axarlara qəbul olunur. Onlar dağlarla əhatələnmiş ərazilərdən axır. Aşağı axarlarda isə heç bir qol qəbul etmir. Onun iki qolu kifayyət qədər iri çaylardır. Soldan tökülən Aksakatasay çayı və sağdan tökülən Uqam çaylarıdır. Bircə bu çaylar il boyu dularını mənsəbə çatdıra bilirlər. Digər çaylar isə ilin müəyyən vaxtlarında qurumağa məruz qalırlar. Onlar əsasən gursululuq dönəmində sularını ona çatdıra bilirlər. Yay ayları isə mənsəbə təlib çata bilmirlər. Bu quruyan çaylar arasında sağdan:Qızılsu çayı, Şurabsay çayı, Tavaksay çayıAzadbaşsay, soldan isə Karakulsay, Qalvasay (Qalibasay), ParkəndsayQızılsay (Başıqızılsay) çayları tökülür.

İstinadlar

  1. Поспелов Е.М. Географические названия мира: Топонимический словарь. — М: «АСТ», 2001.
  2. "Реестр объектов межгосударственного значения в бассейне реки Сырдарьи" (PDF). 2021-01-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-11-17.

Mənbə

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.