Çingiz Sadıqov

Çingiz Hacı oğlu Sadıqov (5 aprel 1929, Bakı30 dekabr 2017, San-Fransisko, Kaliforniya) — pianoçu, Azərbaycan SSR xalq artisti (1987), Bakı Musiqi Akademiyasının professoru (1991–1994)

Çingiz Sadıqov
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR
Vəfat tarixi (88 yaşında)
Vəfat yeri San-Fransisko, ABŞ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
ABŞ ABŞ
Milliyyəti Azərbaycanlı
Musiqiçi məlumatları
Fəaliyyəti pianoçu
Musiqi aləti fortepiano
Təhsili
Mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı  — 1987 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1959
"Şöhrət" ordeni  — 2009 "Əməkdə fərqlənməyə görə" medalı  — 1959

Həyatı

Cingiz Sadıqov 1929-cu il aprelin 5-də Bakıda anadan olmuşdur. İlk təhsilini 1939–1946-cı illərdə Bakının Onillik musiqi məktəbinin istedadlı uşaqlar qrupunda almışdır. 1939–1946-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasının piano fakültəsində (X), 1951–1953-cü illərdə Moskva Dövlət Konservatoriyasının aspiranturasında təhsil almışdır.

1953–1971-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti və konsertmeysteri, 1971–1981-ci illərdə 16 saylı Bakı musiqi məktəbinin direktoru, 1981–1990-cı illərdə "Azkonsert" yaradıcılıq birliyinin bədii rəhbəri, 1973–1976-cı illərdə Yəmən Demokratik Respublikasında İncəsənət İnstitutunun təşkilatçısı və müəllimi, 1983–1986-cı illərdə mədəniyyət və turizm nazirinin məsləhətçisi, 1991–1994-cü illərdə Bakı Musiqi Akademiyasının professoru kimi fəaliyyət göstərmişdir.

Məşhur Azərbaycan muğənniləri Rəşid Behbudov, Bülbül, Müslüm Maqomayev, Lütfiyar İmanov, Fidan və Xuraman Qasımovalarla işləmiş, onları royalda müşayiət etmişdir.

1994-cü ildən ABŞ-də San-Fransisko şəhərində yaşayırdı. Amerikanın 40-a yaxın şəhərində konsertləri təşkil olunmuşdur.

Azərbaycanın tanınmış musiqicisini 80 illik yubileyi münasibətilə ABŞ Konqresinin keçmiş spikeri Nensi Pelozi Çingiz Sadıqova təbrik məktubu göndərmişdir.

Azərbaycanın görkəmli musiqiçisi, istedadlı pianoçu Çingiz Sadıxov 30 dekabr 2017-ci ildə Amerikada vəfat etmişdir.[1]

Mükafatları

Filmoqrafiya

İstinadlar

Xarici keçidlər

This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.