Çingiz Məmmədov (musiqiçi)
Çingiz Məmməd oğlu Məmmədov (15 noyabr 1947, Bakı) — Alt ifaçısı, Azərbaycan SSR əməkdar artisti (1989)[1].
Çingiz Məmmədov | |
---|---|
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Dövlət Konservatoriyası |
Fəaliyyəti | musiqiçi |
Mükafatları |
Həyatı
Çingiz Məmmədov 1947-ci il noyabrın 15-də Bakıda anadan olmuşdur. 1954-cü ildə Bülbül adına musiqi məktəbinə daxil olmuşdur. Məktəbi bitirdikdən sonra 1965-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuş və 1970-ci ildə bitirmişdir[2].
Fəaliyyəti
Yaradıcılıq fəaliyyəti
1968-ci ildən Azərbaycan dövlət kamera orkestrında çalışmışdır. Konservatoriyanı bitirdikdən sonra orada qalmış alt və kamera ansamblı sinfində müəllim kimi çalışmışdır. Eyni zamanda Azərbaycan dövlət kvartetinə dəvət olunmuş və orada çalışmışdır. 1975–1977-ci illərdə Leninqrad konservatoriyasının aspiranturasını bitirmişdir. 1977-ci ildən 1980-ci ilə qədər Ekvator respublikasında milli orkestrda çalışmışdır. Vətənə qayıtdıqdan sonra Azərbaycan Dövlət Konservatoriyasında dosent və Azərbaycan Dövlət kvartetində işini davam etdirmişdir. 1990-cı ildə Meksikaya, Latın Amerikasının ən qabaqcıl orkestrlərindən biri olan Meksika ştatının Simfonik Orkestrının alt qrupun konsentmeysteri kimi dəvət olunmuşdur. Hazırda orada da işləyir. İldə bir neçə dəfə, Meksikanın müxtəlif şəhərlərində orkestlərin solisti kimi konsert verir. Eyni zamanda Meksikanın ən mötəbər auditoriyalarında, beynəlxalq festivallarda da kamera musiqisini (duet, trio, kvartet) konsertlərində iştirak edir. Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini onlarca vallara və disklərə yazdırmışdır[2].
Təltif və mükafatları
1969-cu ildə Zaqafqaziya 3-cü müsabiqəsində birinci yeri tutmuş və laureat adına layiq görülmüşdür. 1989-cu ildə "Azərbaycan SSR əməkdar artisti" adına layiq görülmüşdür.