Çingiz Aytmatov

Çınğız Töröquloviç Aytmatov (12 dekabr 1928[1][2][…], Şəkər[d], SSRİ[3]10 iyun 2008[4][1][…], Nürnberq, Bavariya[5]) — görkəmli qırğız yazıçısı, ictimai-siyasi xadim. Çingiz Aytmatov dünya ədəbiyyatının bənzərsiz örnəklərini yaradan, əsərlərinin dünyada tərcüməsi və nəşr edilməsinə görə çox nadir yazıçılara xas miqyasa sahib olan yazıçıdır[7]Aytmatovun əsərləri dünyanın 174 dilinə tərcümə olunub, əsərlərinin ümumi tirajı 80 milyondur. O, dəfələrlə Ədəbiyyat üzrə Nobel mükafatına namizəd olub. Dünya şöhrəti qazanmış görkəmli yazıçı Çingiz Aytmatov XX əsr bədii düşüncəsinin və ümumiyyətlə, ədəbiyyatın və ictimai fikrin ən qüdrətli yaradıcılarından biridir[8]. Böyük söz ustadı Çingiz Aytmatov ümumən dünya ədəbiyyatını, o cümlədən qırğız ədəbiyyatını tam orijinal olan bənzərsiz obrazlarla zənginləşdirmişdir.

Çingiz Aytmatov
qırğ. Чыңгыз Төрөкулович Айтматов
Doğum tarixi 12 dekabr 1928(1928-12-12)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 10 iyun 2008(2008-06-10)[4][1][…] (79 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər iltihabı[6], böyrək çatışmazlığı[d]
Dəfn yeri
Vətəndaşlığı
Təhsili
Fəaliyyəti siyasətçi, diplomat, jurnalist, tərcüməçi, roman yazıçısı, ssenarist, fantastika yazıçısı[d], yazıçı, nasir
Fəaliyyət illəri 1952–2006
Əsərlərinin dili rus dili, Qırğız dili
Janrlar roman, povest[d], povest
Tanınmış əsərləri
Üzvlüyü
Mükafatları Sosialist Əməyi Qəhrəmanı
"Dostluq" ordeni "Lenin" ordeni "Oktyabr inqilabı" ordeni "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni "Əməkdə fərqlənməyə görə" medalı "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı Medal "In Commemoration of the 1000th Anniversary of Kazan" "Dostluq" ordeni "Vətən" ordeni Officer's Cross of the Hungarian Order of Merit Hungarian Order of Merit
"Lenin" mükafatı SSRİ Dövlət mükafatı
"Dostluq" ordeni "Böyük xidmətlərə görə" ordeni 1-ci dərəcəli "Manas" ordeni "N. K. Krupskaya" medalı "Təbəssüm" ordeni
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Çingiz Aytmatov 1928-ci il dekabrın 12-də Qırğızıstan Muxtar Sovet Sosialist Respublikasının Talas Kantonunun (indiki Qırğızıstanın Talas vilayəti) Şəkər kəndində anadan olub[9] . Atası — Torequl Aytmatov (1903–1938) əvvəlcə kəndli fəalı, sonra sovet və partiya işçisi, Qırğızıstan SSR-in görkəmli dövlət xadimi olmuşdur. Torequl Aytmatov görkəmli dövlət xadimi idi, lakin 1937-ci ildə millətçilik bəhanəsi ilə həbs olunmuş, 1938-ci ildə isə güllələnmişdir. Anası — milliyyətcə tatar olan Naqimə Abduvəliyeva (1904–1971) ordu siyasi xadimi, sonralar ictimai xadim olmuşdur[10]. O, 1904-cü ildə İssık-göl yaxınlığındakı Karakol şəhərində anadan olmuşdur. Çingiz, qardaşları və bacıları atalarının təkidi ilə həbs olunmamışdan əvvəl Şəkərə köçüblər. Müharibə bitdikdən sonra 0, rus kəndi Pokrovkada orta məktəbə getməyə başlamışdır. Səkkiz sinfi bitirdikdən sonra Cambul Zootexnikumuna (indiki Kulan Aqrotexniki Texnikum) daxil olub, oranı fərqlənmə diplomu ilə bitirib. 1948-ci ildə Frunze şəhərindəki Qırğızıstan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş, 1953-cü ildə oranı bitirmişdir. Ali təhsil aldıqdan sonra o, 3 il ərzində Qırğızıstan SSR-in Maldarlıq Elmi-Tədqiqat İnstitutunda işləyib. Çingiz Aytmatovun Moskvadakı Ali ədəbiyyat kursuna yazılması yalnız 1956-cı ildə, atasının bəraət almasından sonra mümkün oldu. Kursu bitirdiyi ildə "Oktyabr" jurnalında onun qırğız dilindəki "Üz-üzə" hekayəsinin rus dilinə tərcüməsi dərc olunub. Həmin il "Yeni dünya" jurnalında Aytmatovun bir sıra hekayələri və yazıçıya dünya şöhrəti qazandıran "Cəmilə" povesti işıq üzü görüb.

Dünya şöhrətli yazıçı və ictimai xadim Çingiz Aytmatov 2008-ci il iyulun 10-da Almaniyanın Nürnberq xəstəxanasında dünyasını dəyişmiş və Bişkek yaxınlığındakı Ata-Beyt memorial kompleksində dəfn olunmuşdur[11].

Fəaliyyəti

Moskvada Ali Ədəbiyyat kursunu bitirdikdən sonra Bişkek şəhərində jurnalist kimi fəaliyyətə başlayan Çingiz Aytmatov 1958–1960-cı illərdə "Литературний Кыргызыстан" jurnalının redaktoru olmuş, 1960–1965-ci illərdə "Правда" qəzetinin Orta Asiya və Qazaxıstan üzrə xüsusi müxbiri vəzifəsində çalışmışdır[12]. Böyük Vətən Müharibəsi illərində Aytmatov kənd sovetinin katibi, mühasib, gecələr isə traktorçu briqadasında çalışmalı olmuşdur, "Üz-üzə", "Cəmilə", "Ana tarla", "Erkən gələn durnalar" povestlərini, "Əsgər oğlu", "Oğulla görüş" hekayələrini məhz bu dövrdə yaşadığı, gördüyü hadisələr əsasında qələmə almışdır[12]. 1990–1994-cü illərdə Aytmatov SSRİ-nin və sonradan Rusiyanın Benilüks ölkələrindəki səfiri vəzifəsində çalışıb. Aytmatov 2008-ci ilin martınadək Qırğızıstanın Fransada, Belçika, LüksemburqNiderlanddakı səfiri olub. Çingiz Aytmatov SSRİ Ali Sovetinin deputatı, Qırğızıstan Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü, Yazıçılar İttifaqının və Kinematoqrafçılar İttifaqının katibliyinin üzvü, AsiyaAfrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin rəhbərlərindən biri, "Xarici ədəbiyyat" jurnalının baş redaktoru, "İssık-kul forumu" adlı beynəlxalq intellektual hərəkatın təşəbbüskarı idi[13]. 2006-cı ildə "İlin avtoqrafı" kitabının buraxılışında iştirak edib. Çingiz Aytmatov 1968-ci ildə Qırğızıstanın Xalq yazıçısı, 1974-cü ildə isə ölkəsinin Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. Çingiz Aytmatov 1984-cü ildə Avropa Elm və Sənət Akademiyasının üzvü seçilmişdir.

Yaradıcılığı

O, yaradıcılığa şeirlə başlamışdı. İlk hekayələri olan "Qəzetçi Dzyuyo", "Aşim", "Biz irəli gedirik" əsərlərini 1952–1953-cü illərdə qələmə almışdır[12]. Çingiz Aytmatov eyni zamanda tərcümə fəaliyyəti ilə məşğul olmuş, rus dilindən qırğız dilinə əsərlər tərcümə etmişdir. Çingiz Aytmatovun 1952-ci ildə "Qırğızıstan ədəbiyyatı" toplusunda çap olunan "Qəzetçi Dzyuyo" hekayəsi yazıçının ilk bədii əsəri hesab olunur[12] . Onun yaradıcılığını aşağıdakı mərhələlərə ayırmaq olar:

1. Lirik-psixoloji nəsr mərhələsi (1950–1960-cı illər).

2. Keçid dövrü (1970-ci illər).

3. Roman epoxası (1980-ci illər).

4. Bəşəri problemlərin bədii ifadəsi mərhələsi (1990-cı ildən sonrakı dövr)[8].

Yazıçının "Köşək gözü" (1961), "İlk müəllim"(1962) povestlərinin yer aldığı "Dağ və səhraların povestləri" toplusu 1963-cü ildə Lenin Mükafatına layiq görülmüşdür[12]. Çingiz Aytmatov "Ana tarla" povestini müharibə mövzusunda qələmə almışdır. "Əlvida, Gülsarı"(1966) povesti 1968-ci ildə SSRİ Dövlət Mükafatına layiq görülmüşdür. 1970-ci illərdə müəllifin "Ağ gəmi", "Köçəri quşların göz yaşları", "Erkən gələn durnalar", "Dəniz kənarıyla qaçan alabaş" əsərləri çap olunmuş, "Erkən gələn durnalar" və "Dəniz kənarıyla qaçan alabaş" povestləri İtaliyanın Etruriya Mükafatına layiq görülmüşdür[12]. Çingiz Aytmatovun ilk romanı olan "Gün var əsrə bərabər" i 1980-ci ildə nəşr etmişdir.

Hekayələri

Hekayə janrı Çingiz Aytmatov yaradıcılığının bütün inkişaf mərhələlərini, ideya-məzmun istiqamətlərini müəyyən etməyə imkan verir. "Qəzetçi Dzyuyo", "Aşim", "Biz irəli gedirik", "Dəhnəçi", "Ağ yağış", "Quraqlıqda", "Qızıl alma", "Oğulla görüş", "Baxiana", "Əbədi gəlin" və s. göstərmək mümkündür.

Povestləri

Çingiz Aytmatovun yaradıcılığında povestləri xüsusi yer tutur. "Üz-üzə", "Cəmilə", "Ana tarla", "Erkən gələn durnalar", "Köşək gözü", "İlk müəllim" və "Qırmızı yaylıqlı qovağım mənim", "Əlvida, Gülsarı", "Ağ gəmi", "Dəniz kənarıyla qaçan alabaş" və s. maraqlı povest nümunələridir.

Romanları

XX əsrin yetmişinci illəri Çingiz Aytmatovun yaradıcılığında povestdən roman janrına doğru keçid mərhələsidir, lirik-psixoloji nəsrdən ictimai məzmunu daha qabarıq olan əsərlərə üstünlük verilməsi baxımından da həmin mərhələ keçid dövrüdür[8]. "Gün var əsrə bərabər", "Qiyamət", "Kassandra damğası", "Əbədi gəlin" roman janrının əsrarəngiz növləridir.

Dramaturgiyası

Çingiz Aytmatovun dramaturji yaradıcılığı ictimai məzmunun dərinliyi ilə seçilir[12]. Yazıçının dram kimi yazdığı iki əsəri: "Fuji – Yama" və "Sokratı anma gecəsi" məlumdur.

Poeziyası

Çingiz Aytmatovun şeirləri onun yaradıcılığında özünəməxsus yer tutmaqdadır. "Əkinçinin nəğməsi", "İssık gölə həsrət", "Fırtınaya səsləniş", "Dağ keçidində", "Ulduza" şeirləri müasir poetik nümunələrdir.

İrsinin tədqiqi

Çingiz Aytmatovun yaradıcılığının Azərbaycanda tədqiq olunmasına sovet dövründə başlanılmışdır. Dünya şöhrətli görkəmli yazıçı Çingiz Aytmatov yaradıcılığının müxtəlif aspektlərdən və sistemli tədqiqatçılarından akademik İsa Həbibbəyli, professor Leyla Gərayzadə, akademik Nizami Cəfərov, Arif Əmrahoğlu, filologiya üzrə fəlsəfə doktoru Mehman Həsənli və başqalarını göstərmək olar.

Mükafatları

    İstinadlar

    1. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
    2. Chingiz Aytmatov // Encyclopædia Britannica (ing.).
    3. Roux P. d. Nouveau Dictionnaire des œuvres de tous les temps et tous les pays (fr.). 2 Éditions Robert Laffont, 1994. Vol. 1. P. 30. ISBN 978-2-221-06888-5
    4. http://rt.com/news/famous-writer-aitmatov-dies-aged-79/.
    5. Deutsche Nationalbibliothek Record #118501259 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
    6. https://litera.hu/hirek/meghalt-csingiz-ajtmatov.html.
    7. Sərvaz, Hüseynoğlu. "Çingiz Aytmatov təntənəsi". Archived from the original on 2024-02-02. İstifadə tarixi: 2024-02-02.
    8. Həbibbəyli, İsa. "Əbədi mogikan - Çingiz Aytmatov-90". Archived from the original on 2020-08-04. İstifadə tarixi: 2024-01-31.
    9. Peter Rollberg (2016). Historical Dictionary of Russian and Soviet Cinema. US: Rowman & Littlefield. pp. 35–36. ISBN 978–1442268425. (#empty_citation)
    10. "Kyrgyz writer, perestroika ally Aitmatov dies," Reuters UK, 10 June 2008 (#empty_citation)
    11. Poladova, Maral. "Çingiz Aytmatov haqqında söz". Archived from the original on 2020-01-20. İstifadə tarixi: 2024-01-31.
    12. Həsənli, Mehman. Çingiz Aytmatov fenomeni və Azərbaycan. Bakı: Elm və təhsil. 2020. s.35. ISBN ISBN 978-9952-8376-6-7.
    13. Chingiz Aitmatov, Who Wrote of Life in U. S. S. R., Is Dead at 79 by Bruce Weber in The New York Times, 15 June 2008 (#empty_citation)

    Xarici keçidlər

    • Aytmatov Çingiz. Seçilmiş əsərləri, 2 cilddə: I cild, II cild /tərc.ed. Cəmil Əlibəyov, Qılman Musayev, Əkrəm Əylisli, Məti Osmanoğlu.- B.: Öndər, 2004.
    • Çingiz Aytmatovun əsərlərinin qısa məzmunu (rus dilində)
    • Müsahibə (rus dilində)
    • Çingiz Aytmatovun son müsahibəsi: Qorbaçovun beyninə "yenidənqurma"nı mən saldım. kulis.az Arxivləşdirilib 2011-04-13 at the Wayback Machine (az.)
    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.