Çingiz Abdullayev (ictimai xadim)

Çingiz Əli oğlu Abdullayev (1 aprel 1960, Ağstafa) — professor, texnika üzrə fəlsəfə və kulturologiya üzrə elmlər doktoru, Alman–Azərbaycan Cəmiyyətinin sədri (1994—), "Azərsu" ASC-nin sədrin müşaviri (2011—), sülh səfiri, Azərbaycan Jurnalistlər və Yazıçılar birliklərinin fəxri üzvü.

Çingiz Abdullayev
Çingiz Əli oğlu Abdullayev
Doğum tarixi
Doğum yeri Ağstafa, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elmi dərəcələri Texnika üzrə fəlsəfə doktoru;
Kulturologiya üzrə elmlər doktoru
Elmi adı Professor
Təhsili Azərbaycan Dövlət Neft Akademiyası
Mükafatları "Tərəqqi" medalı "Diaspor fəaliyyətində xidmətə görə" medalı
"Aşıq Ələsgər – 200" yubiley medalı

Ümumi məlumatlar

  • Çingiz Abdullayev 1 aprel 1960-cı ildə Ağstafa şəhərində ziyalı ailəsində anadan olmuşdur.
  • 1977–1982-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasının mühəndis-mexanik ixtisası üzrə təhsil almışdır.
  • 1982–1985-ci illərdə Keşlə maşınqayırma zavodunda mühəndis olaraq başlamışdır.
  • 1985–1990-cı illərdə Azərbaycan Dövlət Neft Akademiyasında əyani aspirant, elmi işçi və müəllim işləmişdir.
  • 1990–1994-cü illərdə Alman–Azərbaycan Cəmiyyətinin Azərbaycanda nümayəndəsi olmuşdur.
  • 2008–2011-ci illərdə Bakı Slavyan Universitetinin V.f.Humbolt adına tədris və mədəniyyət mərkəzinin rəhbəri olmuşdur.
  • 2011–2015-ci illərdə Bakı Slavyan Universitetinin Avropaşünaslıq kafedrasının professoru, Ölkəşünaslıq laboratoriyasının elmi işçisi vəzifəsində işləmişdir.
  • 2013–2014-cü illərdə Azərbaycan Respublikası Prezidenti yaninda Ali Attestasiya Komissiyasının eksperti olmuşdur.
  • 2011–2012 və 2015–2016-cı illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dissertasiya Şurasının üzvü olmuşdur.
  • 1994-cü ildən Alman–Azərbaycan Cəmiyyətinin sədridir.
  • 2011-ci ildən "Azərsu" ASC-nin sədrin müşaviridir.
  • 2016-cı ildən Bakı Slavyan Universitetinin Azərbaycan Multikulturalizm və ölkəşünaslıq kafedrasının professorudur.
  • 2019-cu ildən AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun nəzdində Müdafiə Şurasının üzvüdür.

İctimai və elmi fəaliyyəti

  • UNESCO-nun "Gənclik, İnkişaf və Sülh" beynəlxalq konfransın nümayəndəsi — 1981
  • Azərbaycan Gənclər Təşkilatı Qurultayının nümayəndəsi — 1987
  • Dünya Azərbaycanlılarının I Qurultayıının nümayəndəsi — 2001
  • Pedaqogika və Sosial Elmlər Akademiyasının həqiqi üzvü. (Rusiya) — 2015
  • Azərbaycan və Türk Diaspor Təşkilatları Rəhbərlərinin I Forumunun iştirakçısı (Azərbaycan) — 2008
  • XI Türk Dövlət və Cəmiyyətlərinin Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurultayının nümayəndəsi (Azərbaycan) — 2009
  • Alman Dili Müəllimlər Birliyinin üzvü (Verein Deutsche Sprache) (Almaniya) — 2000
  • RusiyadaMDB ölkələrində almanların tarixi və mədəniyyətini tədqiq edən Beynəlxalq Assosiasiyasının üzvü (Rusiya) — 2010
  • Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun nümayəndəsi — 2016
  • Sülh səfiri: Ambossador for Peace (Interreligious International Federation for World Peace) — 2006
  • "Simurq" Beynəlxalq Mədəniyyət Assosiyasının İdarə heyətinin üzvü (Azərbaycan) — 2002
  • Azərbaycan Jurnalistlər Birliyinin fəxri üzvü — 1995
  • Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü — 2015
  • "Su problemləri: elm və texnologiyalar" jurnalının redaksiya heyətinin üzvü — 2015
  • Azərbaycan Müharibə Veteranları Birliyinin fəxri üzvü — 1993
  • Domino üzrə Bakı çempionu — 2010, 2016

Kitabları

  • Рекомендации по применению покрытий на основе ФФО модифицированных БГА И БАД для антикоррозионной защиты деталей АГРЕГАТА "АзИНМАШ" 1989
  • "Повышение ресурса деталей установок для кислотной обработки" Соавтор С. Г. Бабаев. Москва. 1990
  • Сопротивление полимерных и композиционных материалов с учетом изменения их физико-xимических свойств. Соавторы: Г.Г. Алиев, И.А. Габибов, Л.С. Керимов. 1994
  • "Almanlar Azərbaycanda", (Azərbaycan, rus, alman dillərində) — 1992
  • "Almaniya — Azərbaycan əlaqələri" — 2000
  • "Bakı — Hamburq dünyaya açılan darvaza", (Rus dilində), (İpək Yolu) — 2000
  • "Azərbaycan Odlar Yurdu" , (Alman dilində) — 2006
  • "M.Əsəd Bəy (Qurban Səid)" — 2007
  • "Azərbaycan — Almaniya qədim və müasir əlaqələr" (Alman dilində), Leypsiq — 2012
  • "Neft Bumu və futbol" (İngilis dilində), London — 2013
  • "Azərbaycan-Almaniya əlaqələri" (Dərslik) — 2014
  • "Essad Bey in İTALİA" (İtalyan dilində), Roma — 2015
  • "Türkiyə mədəniyyəti və incəsənəti". (Dərslik) — 2015
  • "Dədəm Qorqud yollarında" (Azərbaycan və alman dillərində) — 2015
  • "Siemenslər Azərbaycanda 150 il" (Kitab-kataloq) — 2017
  • "Şollar-Bakı 100" (Foto-albom) — 2017
  • "Almanlar Cənubi Qafqazda-200 il" (Kitab-kataloq) — 2018
  • "Tağıyev.Lindley.Şollar-100 il" (Azərbaycan və ingilis dillərində) — 2018
  • Almaniyada Cümhuriyyət Arzusu — Bakı, 2018
  • Немцы в Азербайджане: Неизвестные страницы. Sarbrükken, 2019
  • Payne şəhərində təəssüratlarım, 2019
  • Birlikdə — Zusammen. 30+30, 2020

Kitabların saxlanıldığı təşkilatlar

Saxlanıldığı yer Şəhər Ölkə
Leypsiq Dövlət Kitabxanası Almaniya Almaniya
Frankfurt Am Main Dövlət Kitabxanası Almaniya Almaniya
Halle Şərqi Tədqiqatlar Mərkəzi və Kitabxanası Almaniya Almaniya
Rusiya Almanlarının Mədəniyyət Mərkəzinin Kitabxanası Moskva Rusiya Rusiya
Höte institutunun Regional Kitabxanası Tbilisi Gürcüstan Gürcüstan
Polşa Elmlər Akademiyasının Kitabxanası Varşava Polşa Polşa
Britaniya Kitabxanası London Böyük Britaniya Böyük Britaniya
Gürcüstan Dövlət Kitabxanası, Höte İnstitutu Tbilisi Gürcüstan Gürcüstan
Azərbaycan Dövlət Milli Kitabxanası Bakı Azərbaycan Azərbaycan
Aberdin-Edinburq şəhər kitabxanaları Şotlandiya Şotlandiya
İtaliya Milli Kitabxanası Roma İtaliya İtaliya
"ADA" Universitet Kitabxanası Bakı Azərbaycan Azərbaycan
AMEA-nın Milli Kitabxanası Bakı Azərbaycan Azərbaycan
M.Ş.Vazeh Muzeyi Gəncə Azərbaycan Azərbaycan
Vatikan Apostol Kitabxanası Vatikan Vatikan

Kitabların beynəlxalq səviyyədə təqdimatı

Şəhər Ölkə Tarix
Hannover EXPO2000 Beynəlxalq Sərgi Hannover Almaniya Almaniya 2000
Dünya Turizm Sərgisi Berlin Almaniya Almaniya 2007–2008
Frankfurt Beynəlxalq Kitab Sərgisi Frankfurt-am-Mayn Almaniya Almaniya 2012–2013–2021
Yunus Əmrə Akademiyası Köln Almaniya Almaniya 2013
Milan EXPO 2015 Beynəlxalq Sərgi Milan İtaliya İtaliya 2015

Beynəlxalq təcrübə mübadiləsi və elmi konfraslarda çıxışları

  • İvani- Frakovski İnstitutu — 1982 — Ukrayna
  • Sofiya "Drujba" mərkəz — 1988 — Bolqarıstan
  • Pardubice Ali Kimya Məktəbi — 1989 — Çexiya
  • Pekin Elm Mərkəzi — 1990–1991 — Çin
  • Gavardo Musiqi Festivalı — 1991 — İtaliya
  • Kil, Frankfurt am Main, Celle İqtisadi əlaqələr Akademiyası — 1998–2009 — Almaniya
  • Varşava Universiteti, Şərqi tədqiqatlar İnstitutu — 2009 — Polşa
  • Rusiya Elmlər Akademiyasının bölməsi — 2010 — Sant-Peterburq (Rusiya)
  • Rusiya Almanlarının Mədəniyyət Mərkəzi — 2010 — Moskva (Rusiya)
  • İDV-nin XV Beynəlxalq Qurultayı — 2013 — Bolzano (İtaliya)
  • Tbilisi Dövlət Universiteti — 2015 — Tbilisi (Gürcüstan)
  • Uluslararası Balkanlar, Anadolu, Kafkasya ve Türkmenistan coğrafiyası sanat, kültür, tarih ve folklor kongresi — Aydın (Türkiyə)
  • "Almanların köçkün həyatı" beynəlxalq elmi-praktiki konfrans — 2021 — Bakı (Azərbaycan)

Filmləri

  • "Fəryad" (tammetrajlı bədii film) — Məsləhətçi — 1992
  • "İçəri Şəhər — Altstadt" sənədli filmi — Məsləhətçi — 2001
  • "Körpü" sənədli filmi — Ssenarist — 1999
  • "Alman — Azərbaycan dostluq əlaqələri" — Ssenarist — 2007
  • "Sarıgəlin" sənədli filmi — Məsləhətçi — 2012
  • Adın sirri və tale. Qurban Səid — 2010
  • "Aus von Kaukasus" — Koordinator-Məsləhətçi — 2007
  • "Azərbaycan almanları" Məsləhətçi — 2016
  • "İkinci Vətən" — Ssenarist — 2017
  • "Şollerin arxivi" bədii filmi — Məsləhətçi — 2018
  • "Almanların sağlığına" — 2019
  • "Tiflisdən Payneyə" — 2019

Layihələri

Humanitar sahədə layihələri
  • Köln şəhərində Azərbaycan mədəniyyət həftəsi — 1991
  • Mercedes-Benz təcili tibbi yardım avtomobillərinin Azərbaycan tibb ocaqlarına hədiyyə olunması — 1992–1993
  • Qarabağ müharibə iştirakçılarının Almaniya və İranda müalicəsinin təşkili — 1992–1995
  • Naxçıvan, Saatlı, Sabirabad, Göy Göl, Qaradağ və Gəncədə yerləşən tibb ocaqlarına və qaçqınlara humanitar yardım — 1993–1995
  • Alman kilsəsinin tikilməsinin 100 illiyinə həsr olunmuş bayram tədbiri — 1995
  • Humanitar yardım olaraq Azərbaycanın tibb ocağına Siemens rentgen avadanlığının hədiyyə olunması — 1996
  • Azərbaycan futbol veteranlarının Nürnberq, Yena, Essen futbol klublarının veteranları ilə görüşləri — 1997
  • Almaniyanın Volframs-Esenbax, Payne, Köln. Avstriyanın Leoqanq şəhərlərində Azərbaycan rəssam və heykəltaraşlarının əsərlərinin sərgisinin təqdimatı — 1997
  • Azərbaycan və alman dilində çap olunan "Leyli" jurnalının ilk nəşri — 1997
  • Bakı şəhər Gənclər və İdman İdarəsi ilə Dünya Azərbaycanlıların Həmrəylik günü münasibəti ilə uşaqlar arasında ənənəvi "Birlik" uğrunda futbol kuboku turniri — 2000–2013
  • Kiel, Celle, Frankfurt-Mayn, Berlin şəhərlərində iqtisadi forum və seminarlar — 1997–2002
  • Maynts şəhərində Azərbaycan mədəniyyət günləri — 2003
  • Mühacirətdə Azərbaycanı tanıdan yazıçı M.Əsəd bəyin 100 illik yubiley tədbiri — 2005
  • Frankfurt Mayn şəhərində "Network Medien" şirkətində Azərbaycanın muğam və etnocazz musiqi disklərinin çapı — 2007
  • Bakıda Dağüstü Parkda "Alman — Azərbaycan dostluq bağı"nın salınması — 2007
  • Bakı Slavyan Universitetində Alman Tədris və Mədəniyyət Mərkəzinin təşkili — 2008
  • Almaniyanın Payne şəhərində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Payne şəhər meriyasının dəstəyi ilə M.Ş.Vazeh və F.v.Bodenştedt dostluğunu əks etdirən xatirə lövhəsinin açılışı — 2009
  • "Almaniya Xarici Əlaqələr İnstitutu", "Tbilissidə Höte İnstitutu" və "Bakı Slavyan Universiteti" "Rusiya almanları mədəniyyət mərkəzində" almanların Azərbaycanda məskunlaşmasının 190 illiyinə həsr olunmuş "Almanlar Azərbaycanda" adlı fotosərgi və beynəlxalq konfranslar — 2009
  • Bakı Cazz Mərkəzində alman musiqiçilərinin iştirakı ilə konsert proqramı — Bakı, 2010
  • Bavariyanın Rozenhaym Şəhər Teatr ustalarının Gənc Tamaşaçılar Teatrında mono tamaşası — Bakı, 2011
  • Alman-Azərbaycan Cəmiyyətinin 25 illik yubileyi, Kapellhaus — Bakı 2015
  • N.Gəncəvinin 875 illiyi münasibəti ilə "Qərb-Şərq Divanı" mövzusunda poeziya axşamı və Azərbaycan Qədim Musiqi Alətləri Ansanblının konserti — Almaniya Hildeshaym "Dünya Musiqi Alətləri Mərkəzi" 2016
  • Almaniyanın Braunşvayg Universitetinin konsert salonunda Hacı Xanməmmədovun kamança ilə konserti — 2017
  • "Almanların Cənubi Qafqazda məskunlaşmalarının 200 illiyi" rəsm və fotosərgisinin açılışı, "İkinci Vətən" filminin təqdimatı. Bakı-Gəncə-Göygöl-Şəmkir-Tbilisi-Bolnisi, 2017
  • "Tiflisdən Payneyə" filminin təqdimatı. Bakı-Tbilisi — 2019
  • "Almanların sağlığına-Konkordiya" filminin təqdimatı. Vyana-Gəncə — 2019
  • M. Ş. Vazeh və F. V. Bodenştetin yubiley tədbirləri. Gəncə-Tbilisi — 2019
  • "Nəsimi Məclisi — Nasimi götter die weisheit" kitabının təqdimatı — 2019
  • Nizami Gəncəvi, Nəsimi, Aşıq Ələsgər yaradıcılığının alman dilində kitablarının təqdimatı — 2021

Beynəlxalq texniki və mühəndislik layihələri

  • Dünya Bankının krediti əsasında Azərbaycan Respublikasında Qazlaşdırma sisiteminin yenidən qurulması çərçivəsində "Azəriqaz" şirkətinin birgə layihəsi. Layihədə çalışan birgə şirkətlər "Sofreqaz" (Fransa), E.W.G (USA)
  • Azərbaycan Dəmiryol İdarəsi və Siemens şirkətinin siqnal texniki ötürücü sistemlərinin yenidən qurulması layihəsində prezision kondisioner sisteminin qurulmas (Almaniya)
  • Aztelecom İstehsalat Birlyinin rabitə qovşaqlarında Alcatel şirkəti ilə bərabər prezision kondisioner sisteminin qurulması (Almaniya)
  • "Azərenerji" ASC-də enerji şəbəkəsinin idarə olunma mərkəzinin layihəsi (Almaniya)
  • "Azərenerji" şirkətinin Sumqayıt elektrik stansiyasında Siemens şirkəti ilə birgə avadanlıqların quraşdırılma mərkəzində prezision kondisioner layihəsi (Almaniya)
  • AB-nin "Tempus" proqramı — Azərbaycan Respublikasının Təhsil ocaqları

Mükafatları

  • Azərbaycan Respublikası Mədəniyyət Nazirinin diplomu
  • "Azərsu" ASC-nin fəxri fərmanı
  • Ştutqart şəhər xatirə medalı
  • Finlandiya — Azərbaycan assosiyasının "Qızıl Arzu" medalı
  • Almaniyanın Heusenstam şəhərinin "Gümüş boşqab" mükafatı
  • Alman dili Müəllimlər Birliyinin diplomu
  • Anatolu Banişevskinin yubiley medalı
  • Həsən bəy Zərdabi adına mükafat
  • Diaspora sahəsində mədəniyyətin inkişafına görə Beynəlxalq "Qobustan" mükafatı
  • Celle (Almaniya) İqtisadiyyat Akademiyasının Diplomu
  • Kiel (Almaniya) İqtisadiyyat Akademiyasının Diplomu
  • Ilo — Turin İtaliya Beynəlxalq İqtisadi Əlaqələr Təşkilatının Diplomu
  • Simurq Mədəniyyət Assosiyasının "Simurq" medalı və "Mədəniyyət səfiri" diplomu
  • Milli Qeyri Hökumətlər təşkilatları Forumunun fəxri fərmanı
  • Azərbaycan Rəssamlar İttifaqının diplomu
  • Neft Akademiyasının yubiley xatirə medalları
  • UEFA-Avropa futbol çempionatının gümüş xatirə medalı
  • "Flora Fauna Ukrayna" gümüş xatirə medalı
  • AMEA-nın Qafqazşünaslıq İnstitutunun diplomu
  • AMEA. V Beynəlxalq Muğam Festivalının diplomu
  • AMEA-nın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş konfrans diplomu
  • Azərbaycan Dövlət Rəssamlıq Akademiyası – Təşəkkürnamə – 2016
  • Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti və Qafqazşünaslıq İnstitutunun sertifikatı – 2016
  • Azərbaycan Milli Elmlər Akademiyasının V elmi festivalı – 2018
  • Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən "Diaspor fəaliyyətində xidmətə görə" medalı — 2020
  • Polşa Respublikası və Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin 100 illiyinə (1920–2020) həsr olunmuş Fətəli xan Xoyski və Stanislan Patek adına xatirə medalı
  • "Aşıq Ələsgər – 200" yubiley medalı — 2022
  • 21 aprel 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib[1]

İstinadlar

  1. Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.