Çingiz İsmayılov

Çingiz İsmayılovAzərbaycan alimi, coğrafiya elmləri doktoru, professor.

Çingiz İsmayılov
Doğum tarixi
Doğum yeri Qax, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi fizika-riyaziyyat
Elmi dərəcəsi coğrafiya elmləri doktoru
Elmi adı professor
İş yeri Bakı Dövlət Universiteti
Təhsili Azərbaycan Dövlət Universiteti

Həyatı

Çingiz İsmayılov 1952-ci ildə Qax şəhərində anadan olub.1969–1974-cü illərdə Bakı Dövlət Universitetinin geoloji-coğrafiya fakultəsində təhsil almışdır. 1978-ci ildən İqtisadi və sosial coğrafiya kafedrasında – aspirant, müəllim, baş müəllim, dosent olmuş və 2005-ci ildən professor vəzifəsində çalışır.

Təhsili, elmi dərəcə və elmi adları

1974-cü ildə Bakı Dövlət Universitetinin geoloji-coğafiya fakultəsini bitirib. 1983-cü ildə "Azərbaycanın nefqazkimya kompleksinin formalaşması və inkişafının coğrafi problemləri" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. 2004-cü ildə "Xəzəryanı regionda nefqazkimya kompleksinin ərazi təşkilinin əsas problemləri" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. 2001-ci ildə Qazaxıstanın Atırau Neft və Qaz Universitetinin professoru adına layıq qörülmüşdür.

Əmək fəaliyyəti

1974–1976-cı illlər ərzində Quba rayonunda coğrafiya müəllimi işləyib. 1977–1978-ci illərdə Azərbaycan EA-nın Coğrafiya İnstitunda mühəndis işləyib. 1978–1981-ci illərdə BDU-nun İqtisadi və sosial coğrafiya kafedrasında əyani aspirant, (1981–1985) müəllim, (1985–1988) baş müəllim, (1988–2005) dosent və 2005-ci idən hazır dövrədək professor vəzifəsində çalışır. 1998-ci ildən etibarən, ictimai əsaslarla, BDU-nu Xəzər Elmi-Tədqiqat və İnformasiya Mərkəzinin rəhbəridir. "Coğrafiyanın müasir problemləri", "İqtisadi və sosial cöğrafiyanın əsasları", "Xəzərin iqtisadi coğrafiyası" və "Siyası coğrafiya" fənnləri üzrə mühazirə deyir. 150-dən çox məqalənin, 1 dərslikin, 5 monoqrafiyanın və 4 kitabın müəllifidir. 2 namizədlik dissertasiyasına rəhbərlik edib. 2006-cı ildə Qazxstanın Təhsil və Elm Nazirliyi tərəfindən doş nişanı ilə təltif olunmuşdur.

Tədqiqat sahəsi

  • Xəzər regionunda neft sənayesinin inkişafı, geosiyasi və ekoloji məsələlərin təhlili.
  • Sahil ərazilərin mənimsənilməsi və idarəedilməsi.

Beynəlxalq seminar və konfranslarda iştirakı

60-dan çox beynalxalq konfrans və simpoziumlarda iştirak etmişdir.

  • 2008 — "CaspianLog3", Beynəlxalq konfrans, Almata, Qazaxıstan 2007.
  • Xəzəryanı ölkələri Universitetlərinin X-cu Assembleyası, Həştərxan, RUSIYA 2007.
  • Sənayedə keyfiyyət və strategiya, Beynalxalq Simpozium, Varna , BOLQARISTAN 2007.
  • Dünya Azad İqtisadi Zonaları, Beynalxalq Kongress Antalya, TÜRKİYƏ 2005.
  • Xəzər regionunda müasir geosiyasət, Beynalxalq konfrans, Almata, Qazaxıstan 2005.
  • Davamlı inkişaf və sahil cəmiyyətləri, Beynalxalq seminar, Aşqabat, TÜRKMƏNISTAN 2005.
  • Xəzər regionunda davamlı inkişaf, Beynalxalq konfrans, Həştərxan, RUSIYA 2004 — Xəzər regionunda ticarət, Beynaklxalq konfrans, Rəşt, İran.

Seçilmiş əsərləri

  • Развитие производственной инфраструктуры нефтяной индустрии в Прикаспийском регионе – Материалы Ш Междунар. науч. конф. "Россия и Восток". Астрахань, 2005,с.398–402
  • Transport Route Europe-Caucasus-Asia and Development of Pipeline System in the Caspian Region — Abstracts of XIX AESOP Congress, Vienna, 2005, p. 540–541
  • Новый этап развития нефтяной промышленности и изменения геополитических процессов в Прикаспийском регионе – Сб.матер.междунар.конфер. Алматы, 2005,с.37–42
  • New stage of development of Caspian region’s pipline system – International Journal "Science and Technology", Atyrau, 2006, № 4, pp. 63–69
  • Приморские районы Азербайджана: социально-экономические сдвиги и расширение масштабов освоения – Жур. "Каспийский регион: политика, экономика, культура. Астрахань, 2006, № 1, с. 27–33
  • Макроэкономические сдвиги в развитии Азербайджана — Жур.: "Мир перемен", Москва, 2007, № 3, c.46–53
  • New stage in the development of transport infrastructure of Caspian region –Proceedings of IV International Conference "Strategy of * Quality in Industry and education". Varna, Bulgaria, 2008, Vol.1, pp. 269–270
  • The arrangement of free economic zones in Azerbaijan: specialization and substantiation of territorial selection — Жур. "Каспийский регион: политика, экономика, культура. Астрахань, 2008, № 2, с.25–28
  • Economical development and consideration of growing ecological use of the coastal areas of the Caspian Sea – Internat. Conference Univerasity of Mazandaran, Iran, 2008, pp.8–12
  • Каспийский регион: возможности развития нефтяной индустрии — Жур. "İZ Каспий", 2008, № 11,с.28–33

Kitablar

  • Dünya olduğu kimi (N. Babaxanov). Ayna Mяtbuat Evi. Bakы, 1999, 86 s.
  • Нефтяной комплекс Прикаспийского региона: проблемы функционирования и развития. Изд. Бакинского Госуниверситета, Баку, 2000, 214 с.
  • Neft Dünyamızın Şah damarıdır. Ayna Mətbuat Evi. Bakı, 2001, 78 s.
  • Англо-азербайджано-русский словарь экономико-географических терминов. Изд. БГУ, Баку, 2002, 65 с.
  • Экономико-географические условия развития нефтегазохимического комплекса в приморских районах. Изд. БГУ, Баку, 2002, 150 с.
  • Azərbaycanda seçkiqabağı mərhələdə elektoratın siyasi fəallıgının monitorinqi (Ə.Мəммədov). Bakı, 2005, 292 s.
  • Xəzər dənizinin və sahilyanı ərazilərin ekologiyası. Bakı, 2005, 128 s.
  • Məktəblinin coğrafiya lüğəti (Y. Qəribov). Bakı,2006, 239 s.
  • İngiliscə-Azərbaycanca-Rusca İqtisadi terminlər lüğəti (L. Axundzadə). Bakı, 2006, 70 s.
  • Xəzər dənizinin təbii sərvətləri. Dərslik. Bakı, 2007, 185 s.

Dövlət və Beynəlxalq proqram və qrantlar

  • 2000–2005-ci illər ərzində İslam İnkişaf Bankının Elmi Tədqiqat İnstitu ilə Azərbaycan və Mərkəzi Asiya ölkələri mütəxəssisləri üçün birgə keçirdikləri 5 layihənin rəhbəri olmuşdur.

İstinadlar

    Xarici keçidlər

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.