Çin simmondiyası
Çin simmondiyası
Çin simmondiyası | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Streptophyta Klad: Embryophytes Klad: Polysporangiophytes Klad: Tracheophytes Klad: Klad: Klad: Eudicots Dəstə: Fəsilə: ???: Çin simmondiyası |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Təbii yayılması
Mərkəzi Amerikanın yarımsəhra zonalarında bitir.
Botaniki təsviri
Hündürlüyü 2 m-ə çatan həmişəyaşıl kiçik ağac və ya koldur. Yarpaqları boz-yaşıldır. Çiçəkləri sarımtıl-yaşıl rənglidir. Çiçəkləməsi və meyvəverməsi 5-6 yaşından başlayır.Əsasən qış-yaz dövründə çiçəkləyir. Meyvəsi diametri 1-3 sm olan kiçik qozalara bənzəyir və qonur rənglidir.Kök sistemi dərin və yaxşı inkişaf etmişdir. Qələmlə və toxumla çoxaldılır.
Ekologiyası
Qumluca torpaqlarda, 12-38°C temperaturda yaxşı bitir. Düz düşən günəş şüalarına dözür. Şaxtaya davamsızdır. Ətraf mühitin nəmişliyinə tələbkar deyildir. İl ərzində suvarılması məhduddur.
Azərbaycanda yayılması
Mərdəkan dendrarisində 1987-ci ildə introduksiya olunmuşdur. Abşeronda mədəni şəraitdə yaşıllaşdırmada rast gəlinir.
İstifadəsi
Bitkinin meyvəsindən alınan yağ ətriyyatda, saçlara yaxşı təsir etdiyi üçün kosmetikada və əczaçılıqda istifadə edilir. Bitki dekorativ görünüşlü olduğundan yaşıllaşdırmada istifadəsi məqsədyönlüdür.