Çimnaz Aslanova

Çimnaz Aslanova (tam adı: Çimnaz Əbdüəli qızı Aslanova; 1904 – 10 mart 1970) — Azərbaycan dövlət və ictimai xadimi,[1] Azərbaycan SSR Ali Sovetinin I–IV çağırış deputatı.[2]

Çimnaz Aslanova
Çimnaz Əbdüləli qızı Aslanova
bayraq
SSRİ Ali Soveti Millətlər Soveti sədrinin müavini
bayraq2
1946 1958
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Mərdəkan, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Dəfn yeri
Milliyyəti azərbaycanlı
Partiya Kommunist partiyası
Fəaliyyəti siyasətçi

Təltifləri "Lenin" ordeni "Qırmızı əmək bayrağı" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Çimnaz Aslanova 1904-cü ildə Bakının Mərdəkan kəndində anadan olmuşdur. 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu, 1948-ci ildə isə Moskvada Ali Partiya Məktəbini bitirmişdir. On altı yaşından Azərbaycanda savadsızlığın ləğvi uğrunda mübarizəyə qoşulmuşdur.[1]

Fəaliyyəti

  • 1938–39-cu illər — Bakı xalq maarifi şöbəsinin müdiri
  • 1939–43-cü illər — Azərbaycan SSR İbtidai və Orta Məktəb İşçiləri Həmkarlar İttifaqı Mərkəzi Komitəsinin sədri
  • 1943–48-ci illər — AK(b)P MK-da məktəblər şöbəsinin müdiri
  • 1951–52-ci illər — Azərbaycan SSR maarif nazirinin müavini
  • 1952–56-cı illər — AK(b)P MK-da qadınlar arasında iş aparan şöbənin müdiri
  • 1956–58-ci illər — Partiya orqanları şöbəsi müdirinin müavini
  • 1958-ci ildə — Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti mükafat şöbəsinin müdiri
  • 1946–58-ci illər — SSRİ Ali Soveti Millətlər Soveti sədrinin müavini, SSRİ Ali Sovetinin (1–4-cü çağırış) deputatı olmuşdur.[1]

Mükafatları

Həmçinin bax

  • Azərbaycan SSR Ali Sovetinin I çağırış deputatlarının siyahısı

İstinadlar

  1. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 2-ci cild: Argentina  Babilik (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2010. səh. 128. ISBN 978-9952-441-05-5.
  2. "Arxivlənmiş surət". 2022-08-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-21.
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.