Çimən (Füzuli)
Çimən — Azərbaycan Respublikasının Füzuli rayonunun inzibati ərazi vahidində kənd.
Çimən | |
---|---|
39°33′44″ şm. e. 47°06′06″ ş. u. | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
|
Tarixi
Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub.
17 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[1]
Toponimikası
Çimən kəndi Füzuli rayonunun Cuvarlı inzibati ərazi vahidində yerləşir. Dağətəyi ərazidədir. Əsl adı Çəməndir. Yaşayış məntəqəsi çəmənlikdə (yaşıl otla örtülmüş sahədə) salındığı üçün belə adlandırılmışdır. Oykonim çəmənli tayfasının adından da ola bilər. Şahbuz rayonunun Biçənək və Keçili kəndlərində Çimənyurd adlı yerlər qeydə alınmışdır.[2]
İqtisadiyyatı
Əhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Həmçinin bax
İstinadlar
- "Füzuli azad edildi - Ali Baş Komandan elan etdi + Video". qafqazinfo.az (az.). 17 oktyabr 2020. 2020-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2020.
- Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. AMEA. Nəsimi adına Dilçilik İnstitutu. Bakı: Şərq-qərb, 2007, səh. 427
Xarici keçidlər
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.