Çili milli futbol komandası
Çili Milli Futbol Komandası — indiyə qədər yeddi FİFA Dünya Çempionatında mübarizə etmişdir. 1962-ci ildə ev sahibliyi etdiyi turnirdə üçüncü yeri əldə etmişdir.
Çili milli futbol komandası | |||
---|---|---|---|
Baş məşqçi | Reinaldo Rueda | ||
Kapitan | Qari Medel | ||
Bombardir | Marcelo Salas (37) | ||
FİFA Reytinqi | 20 ▼ 1 (12 avqust 2021)[1] | ||
FİFA kodu | CHI | ||
Uniforma | |||
|
|||
Ən böyükhesablı məğlubiyyət | |||
Braziliya 7–0 Çili (Rio de Janeyo, Braziliya; 17 sentyabr1959) |
Tarix
İlk Dünya Çempionatına 1930-ci ildə qatılmışdır. Bu çempionatda, Meksika və Fransanı məğlub etməsinə baxmayaraq digər qrup matçında Argentinaya 4-2 məğlub olaraq turnirdən kənar qalmışdı. 1934 və 1938-ci ildə təşkil edilən turnirlərə Cənubi Amerika boykotuna dəstək verərək qatılmayan Çili, 1950 FİFA Dünya Çempionatında da Argentinanın turnirə qatılmama qərarı sonrası oyun keçirmədən finala keçdi. Çili, İspaniya və İngiltərəyə 2-0 məğlub olaraq qrupda qaldı. Eyni qrupda olan və İngiltərəni 1-0 məğlub edərək tarixin ən böyük sürprizlerinden birini edən ABŞ-ni son matçda 5-2 yensə də, qrupdan çıxmağı bacara bilmədi. 1954 və 1958 finallarına da qatılan Çili, 1962 FIFA Dünya Çempionatında tənzimləmə haqqını əldə edərək iştirak vizasını cibinə qoydu. 2. Qrupda Qərbi Almaniya, İtaliya və İsveçrə ilə qərarlaşan Çili, İsveçrəni 3-1 məğlub edərək turnirə yaxşı bir başlanğıc etdi. 2 iyun 1962-ci ildə Santiaqoda oynanılan Çili-İtaliya matçı, tarixə Santiaqo Döyüşü olaraq keçdi. Bir çox sərtliyə və döyüşə səhnə olan matçda yalnız iki İtalyan oyunçu oyundan ixrac edildi. Matçın saysız hesabsız dayandığı və tam 3 dəfə polisin sahəyə girib hadisələrə müdaxilə etdiyi bu matçda Çili 2-0 qələbə qazandı. Son oyunda isə Qərb Almaniyaya 2-0 məğlub olan Çili, yenə də qrupdan çıxdı. Dörddəbir finalda SSRİ-ni 2-1 hesabl iə məğlub edən Çili, Yarım finalda, çempion olacaq Braziliyaya məğlub oldu lakin üçüncülük matçında Yuqoslaviyanın 1-0 hesabla məğlub edərək, kubokda üçüncülüyü əldə etdi.
Çili, 1966 FIFA Dünya Çempionatına da qatılmağı bacardı. İtaliyaya 2-0, Sovetlər Birliyinə isə 2-1 məğlub olan Çili, Şimali Koreya qarşısında da 1-1 bərabərə qaldı. Bu nəticələrlə qrupda qalan Çili, 1970 FIFA Dünya Çempionatına vəsiqə qazana bilmədi. Çili, 1974 FIFA Dünya Çempionatına qatılmaq üçün 9. Avropa Qrupunun qalibi olan SSRİ seçməsi ilə biri ev biri səfər olmaqla pley-off matçları oynamalı oldu. Moskvada oynanılan ilk matçda iki komandadan da qol səsi çıxmadı. Çilidə oynanılacaq cavab qarşılaşması, 1973-ci ildə edilən hərbi zərbə əsnasında kommunist müxaliflərin həbs olunduğu Santiaqodakı Çili Milli Stadionunda keçiriləcək oyuna SSRİ yığması gəlməyi rədd etdi. Sahəyə yalnız Çili komandasının çıxmasına baxmayaraq, hakim matçı başlatdı və Çili başlama vuruşu edib topu boş qapıya göndərərək matçı qazandı. Çünki, qaydalar gərəyi başlama vuruşunu digər komanda etməsi lazım olduğundan, matç yarıda kəsildi və SSRİ seçməsi çempionatda uduzdu. Qərb və Şərq Almaniya ilə Avstraliyanın olduğu qrupa düşən Çili, Qərb Almaniyaya 1-0 uduzduqdan sonra digər matçlarını bərabərə tamamlayaraq çempionatdan kənar qaldı.
1978 FİFA Dünya Çempionatının seçmələrində müvafiq yeri tuta bilməyən Çili, 1982 FİFA Dünya Çempionatına qatılmağı bacardı. Avstriya, Qərbi Almaniya və Əlcəzairə də məğlub olaraq qrupda qaldı. 1986, 1990 və 1994-cü illərdə keçirilən çempionatlara qatıla bilmədi. 1998 Dünya Çempionatı seçmələrində Perunu çətinliklə məğlub edən Çili, çempionata qatılma haqqını əldə etdi. Çili, ilk matçda İtaliya ilə 2-2 bərabərə qaldı. İkinci oyunda Avstrya, üçüncüdə isə Kamerunla yenə heç-heçə oynadı. Çili, topladığı 3 xalla ikinci yerin sahibi kimi növbəti mərhələyə yüksəldi. Braziliya qarşısında 4-1 hesabı ilə məğlub oldular. 2000 Sidney Olimpiya Oyunlarında İvan Zamoranonun qol bombardir olduğu turnirdə bürünc medal qazanaraq olimpiadalardakı ən əhəmiyyətli müvəffəqiyyətini əldə etdi. 2002 FIFA Dünya Çempionatı seçmələrində qrup sonuncusu olan Çili, 2006 Dünya Çempionatı seçmələrində də 6-cı yeri tutmaqla turnirin final mərhələsinə gedə bilmədi. 2007-ci ildə Venezuelada keçirilən Copa Amerikada ən yaxşı üçüncülərdən biri olaraq dörddəbir finala çıxdılar. Çili, tarixindəki ən böyük rüsvayçılıqdan birini Braziliyaya 6-1 məğlub məğlub olaraq aldı. Cənubi Amerika qrupunu 2-ci bitirərək qatıldığı 2010 FIFA Dünya Çempionatında İspaniya, İsveçrə və Honduras ilə H qrupunda mübarizə aparan Çili, Honduras və İsveçrəni 1-0 məğlub etdikdən sonra son matçda İspaniyaya 2-1 məğlub olsa da turnirdə mübarizəni davam etdirdi. 1/8 finalda Brzailiyaya 3-0 məğlub olaraq mübarizəni dayandırdılar. 2014 FIFA Dünya Çempionatı seçmələrində 3-cü olaraq Braziliyada keçirilən turnirə vəsiqə qazandı. 18 İyun 2014 tarixində İspaniya ilə qarşılaşdığı matçı 2-0 qazanaraq İspaniyanı 2014 FIFA Dünya Kubokundan uzaqlaşdırmışdır.
Kopa Amerika 2016 final
Çilinin 5 dəfə finala yüksəldiyi Copa Amerikada 2 çempionluğu vardır. İlk çempionluğa 2015-ci ildə Argentina millisini penaltilərdə 4-1 məğlub edərək çatmışdır. İkinci Copa Amerika çempionlauğunu da eyni ssenari ilə qazanmışdır. Kopa Amerikanın növbədənkənar 100 illik yubileyi şərəfinə ABŞ-də keçirilən turnidə də Çilinin üzü güldü. Belə ki, eyni qrupda Argentinaya 2-1 hesabı ilə məğlub olsada mərhələləri keçərək finalda yenidən Argentina ilə qarşılaşmalı oldu. 26 iyun tarixində (yerli tarixlər 27 iyun) keçirilən final oyununun əsas vaxtında hesab açılmadı. Əlavə vaxtda da eyni nəticənin davam etdiyi üçün sonda penalti zərbələri ilə qalib müəyyənləşdi. Penalti zərbələrində 4-2 hesabı ilə Argentinanı məğlub edən Çili seçməsi tarixində 5-ci dəfə oynadığı final qarşılaşmasında 2-ci dəfə çempion olmadğı bacardı.
Ən çox qol vuran oyunçular
- "Hazırda karyerası davam edən futbolçular qalın olaraq yazılmışdır.
# | Adı | Ölkələrarası Karyera |
Qollar | Oyun |
---|---|---|---|---|
1. | Marcelo Salas | 1994-2007 | 37 | 70 |
2. | Ivan Zamorano | 1987-2001 | 34 | 69 |
3. | Carlos Caszely | 1969-1985 | 29 | 49 |
4. | Alexis Sánchez | 2006-hazırda | 29 | 88 |
5. | Leonel Sanchez | 1955-1968 | 27 | 85 |
6. | Eduardo Vargas | 2009-hazırda | 23 | 49 |
7. | Jorge Aravena | 1983-1990 | 22 | 37 |
8. | Humberto Suazo | 2005-hazırda | 21 | 60 |
9. | Pedro Araya | 1964-1971 | 19 | 65 |
10. | Carlos Campos | 1960-1967 | 18 | 42 |
10 | Juan Carlos Letelier | 1979-1989 | 18 | 56 |
12. | Enrique Hormazabal | 1950-1963 | 17 | 43 |
13. | Matías Fernández | 2005-hazırda | 14 | 60 |
14. | Jaime Ramírez | 1954-1966 | 12 | 46 |
Alberto Fouilloux | 1960-1972 | 12 | 70 | |
Hugo Eduardo Rubio | 1984-1991 | 12 | 36 | |
Raul Toro Julio | 1936-1941 | 12 | 13 | |
18. | Julio Crisosto | 1971-1977 | 11 | 27 |
19. | Rubén Marcos | 1963-1969 | 10 | 43 |
Reinaldo Navia | 1999-2007 | 10 | 40 | |
Guillermo Subiabre | 1926-1930 | 10 | 10 | |
Atilio Cremaschi | 1945-1954 | 10 | 29 | |
René Meléndez | 1950-1960 | 10 | 40 |
Ən çox oyun keçirən futbolçular
- "Hal-hazırda karyerasına davam edən futbolçular qalın olaraq yazılmışdır.
# | Adı | Ölkə Karyera |
Oyun | Qol |
---|---|---|---|---|
1. | Klaudio Bravo | 2004-. | 96 | 0 |
2. | Leonel Sanchez | 1955-1968 | 85 | 27 |
3. | Nelson Tapia | 1994-2005 | 73 | 0 |
4. | Alberto Fouilloux | 1960-1972 | 70 | 12 |
Marcelo Salas | 1994-2007 | 70 | 37 | |
6. | Iván Zamorano | 1987-2001 | 69 | 34 |
Fabián Estay | 1990-2001 | 69 | 5 | |
Alexis Sánchez | 2006-. | 88 | 29 | |
9. | Pablo Contreras | 1999-2012 | 67 | 2 |
Gonzalo Jara | 2006-. | 82 | 3 | |
11. | Pedro Araya | 1964-1971 | 65 | 19 |
12. | Javier Margas | 1990-2000 | 63 | 6 |
Gary Medel | 2007-. | 82 | 7 | |
14. | Miguel Ramírez | 1991-2003 | 62 | 1 |
15. | Clarence Acuña | 1995-2004 | 61 | 3 |
16. | Humberto Suazo | 2005-. | 60 | 21 |
Matías Fernández | 2005-. | 60 | 14 | |
Jean Beausejour | 2004-. | 60 | 6 | |
19. | Jorge Valdivia | 2004-. | 59 | 5 |
20. | Juan Carlos Letelier | 1979-1989 | 56 | 18 |
Arturo Vidal | 2007-. | 70 | 12 |
- 1 dəfə - 1962 ildə FİFA Dünya Kubokunun bürünc medalını alıb.
- "The FIFA/Coca-Cola World Ranking". FIFA (ingilis). 12 avqust 2021. İstifadə tarixi: 12 avqust 2021.