Çiləbürt monastırı

Çiləbürt monastırıTərtər rayonunun Çiləbürt kəndi ərazisində, Çiləbürt qalasıÜç körpə monastırı yaxınlığında yerləşən tarix-memarlıq abidəsi.

Çiləbürt monastırı
Ölkə  Azərbaycan
Şəhər Tərtər
Yerləşir Çiləbürt kəndi
Tikilmə tarixi XVIII əsr
Vəziyyəti qəzalı
Çiləbürt monastırı (Azərbaycan)
Çiləbürt monastırı

Tarixi

Çiləbürt monastırı Tərtər çayının sağ sahilində, Çiləbürt qalasının şimal-qərbində, qaladan 2 kilometr aralıda yerləşir.[1] Monastır regionun ən qədim və məşhur mədəni mərkəzlərindən biri olmuşdur. Kompleksə daxil olan tikililər – kilsə, rahib hücrələri və digər mülki tikililər XVIII əsrdə daha qədim tikililərin yerində inşa olunmuşdur.[1]

Memarlıq xüsusiyyətləri

Çiləbürt monastırının başkilsəsi birnefli bazilika formasına malikdir. Monastırın iki tərəfli damı qoşa pilyastrlar tərəfindən dəstəklənir. Kilsənin giriş qapısı qərb divarında yerləşir. Cənub divarında iki, şərq və qərb divarlarında isə bir pəncərə yeri var.[1]

Kompleks ərazisində yeni tikililərin inşası zamanı daha qədim tikililərin daşlarından, həmçinin ərazidə olan xaçdalar və kitabəli daşlardan istifadə olunmuşdur.[2]

İstinadlar

Ədəbiyyat

  • Мкртчян, Ш.М, Историко-Архитектурные Памятники Нагорного Карабаха, Ереван, 1989
This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.