Çiçi xan

Çiçi xan və ya Çiçi Tanhu (v. e.ə. 35) — Qərbi Hun İmperiyasının qurucusu və ilk və son xaqanı. Sülü Çiançünun oğlu, Huxanye xanın atabir qardaşıdır (Çiçinin anası Türk (Hun), Huxanyenin anası isə çinli idi). Qardaşı Huxanyenin Vətənə xəyanət edib Hun İmperiyasının Çinə tabe olduğunu bildirəndən sonra ona qarşı çıxmış və Dövlətin qərbini müstəqil idarə etməyə başlamışdır. Birinci Talas Savaşında Çinlilərə uduzmuş, daha sonra Çinlilər və xain hunlar (Huxanye və ona tabe olanlar) tərəfindən öldürülmüşdür.

Çiçi Kağan
E.ə. 56 E. ə. 36
(ləqəbi: Hun tunqasu (Hun tunqası qaplanı)
ƏvvəlkiSülü Çiançü (Vahid Hun xaqanı olaraq)
SonrakıÇin işğalı
Şəxsi məlumatlar
Vəfat tarixi e.ə. 35
Milliyyəti Hun
Atası Sülü Çiançü

Həyatı

Çiçi Xaqan (Çiçi Xan) — eramızdan əvvəl 56-36-cı illər arasında xanlıq etmiş türk hökmdarıdır. O, Çin mənbələrində adı Hu-tu Vu-ssu (və ya Deqrotun dediyi kimi Hun-tunqa-su) kimi qeyd olunan Hun şahzadəsidir. O, türk tarixinin dərinliklərində böyük idealları olan qəhrəmanlardandır. Türklərə qərbi öyrədən, Avropanın qapılarını açan Böyük Hun xanıdır. Qardaşı Huxanye, dövlətin çətin şəraitini əsas gətirərək Çinin suverenliyinə keçmək istəyəndə; Çiçi Yabqu başqa bir xalqın himayəsi altına düşməkdən imtina etdi və qardaşının hakimiyyətini tanımadı.

Çiçi eramızdan əvvəl 49-cu ildə "ikinci Mete" kimi davranmağa başladı. Qardaşı Huxanye Çinə tabe olduqdan sonra Çiçi qərbə üz tutdu. Çiçi Yabqu eramızdan əvvəl 54-cü ildə Çu-Talas tayfaları arasında özünə bağlı tayfaları qərbə çəkərək müstəqilliyini elan etdi. Çiçinin rəhbərlik etdiyi Qərbi Hun Dövləti Çu-Talas hövzəsində divarlarla əhatə olunmuş yeni paytaxt şəhəri qurdu və eramızdan əvvəl 36-cı ilə qədər müstəqilliyini qorudu.Lakin Çiçi Yabqunun qurduğu Qərbi Hun Dövləti Çindən gələn təzyiqlərlə uzun sürmədi. Çiçi Talas çayı boyunca qurduğu şəhərdə izdihamlı Çin ordularının mühasirəsinə məruz qaldı. Sahə döyüşlərinə və döyüşlərə öyrəşmiş hun ordusu eramızdan əvvəl 35-ci ildə qalanın müdafiəsində uğur qazana bilmədi və Çin ordusu tərəfindən darmadağın edildi. Qərbdəki Hun dövləti müharibədə məhv edildi. Çiçi Yabqunun çinlilərlə döyüşə getməzdən əvvəl əsgərlərini həvəsləndirmək üçün etdiyi çıxış türk tarixində unudulmamış və mənbələrdə öz yerini tutmuşdur. Eramızdan əvvəl 35-ci ildə gedən bu müharibədə qadın və uşaqların da olduğu 1518 nəfər Çiçi Kağanla birlikdə döyüşərək həyatını itirdi.

Məşhur sözləri

  • Çinə tabe olmayacağıq! Çünki Türklər ta qədim zamanlardan bəri güclü olmağı təqdir edər, düşmənə tabe olmağı təhqir bilirlər. Təslim olmadığımız, savaşçı süvarilərimiz olduğu üçün adı ilə dünyanı titrədən xalq olduq. Biz ölsək də qəhrəmanlığımızın şöhrəti qalacaq. Övladlarımız da, nəvələrimiz də digər qövmlərə başçılıq edəcəklər!
  • Bu Vətən, bizə atalarımızdan miras qalan müqəddəs torpaqlardır. Şərəfsiz bir həyat üçün qurban verilməz!

İstinadlar

    Xarici keçidlər

    This article is issued from Wikipedia. The text is licensed under Creative Commons - Attribution - Sharealike. Additional terms may apply for the media files.